Yuxunu necə yada salmaq olar?

Yuxunu necə yada salmaq olar?



Hər gün yaşadığımız hadisələr nəticəsində şüuraltımızda yadda saxladığımız bir çox xatirələrimiz var. Bu durum əlbətdə gecə başımızı yastığımıza qoyduqda görəcəyimiz yuxulara da təsir edir. Bəzən gündəlik həyata belə təsir edə bilir. Yaxşı ya da pis görülən yuxular fərqli fikirlərə də açıq olur. Ancaq insanların sıxlıqla şikayət etdiyi bir mövzu var ki, o da yuxuların xatırlanmamasıdır. Bir sıra insanlar bu mövzuda sıxıntı çəkməsə belə və hardasa bütün vaxt gördüyü şeyləri xatırlaya bilsə də, bir sıra insanlar da var ki, yuxudan oyanar-oyanmaz yuxusunun yadından çıxdığını deyər. Bunun həlli əlbətdə ki, var. Belə ki,

-Yatağınızın yanında bir ədəd dəftər və qələm saxlaya bilərsiniz ki, gözlərinizi açdığınız anda yaddaşınızdan silinməmiş onu qeyd edə biləsiniz, sonra istədiyiniz vaxt dəftərə baxaraq yuxunuzu xatırlaya bilərsiniz.

-Xatırlaya bilməmək problemi əsasən zehni kifayət qədər gücləndirməmənin nəticəsində olur.

-Yatmazdan əvvəl gün içində sizə təsir edən, xoşbəxt edən hadisələri düşünmək görəcəyiniz yuxunu da şəkilləndirə bilər. Bunun sayəsində şüuraltınıza yerləşən xatirələr yuxuya çevrilərək xatırlamanıza kömək olur.

-Çoxumuzun başına gəlmişdir: yaşadığımız bir an nəticəsində başqa şeyləri xatırlamaq. Bu vəziyyət əsasən yuxular üçün keçərlidir. Məsələn; yuxuda qohumlarla olan bir telefon danışığı o adamın adını hər hansı bir yerdə eşitdikdə xatırlaya bilərik.

-Əgər yenə də unutmaq ehtimalınız olduğunu düşünürsünüzsə qeyd etməkdə fayda var.

-Yuxuların xatırlana bilməsi üçün zehnin rahat olmasının da önəmi böyükdür. Çünki yorğun başla yatdıqda görülən yuxular da qarışıq olur. Daha dəqiq yuxu görməyin bir yolu da odur ki, özünüzü rahat və təhlükəsiz hiss etməkdir.

Dövrümüzün ən böyük problemi olan stres fiziki və mənəvi tərəfdən zərərli olduğu kimi bir çox şeyin də əsas səbəbinə çevrilmişdir.  Səhər yuxudan oyandığımızda yuxumuzda nə gördüyümüzü izah etmək üçün ruh halımıza daha çox diqqət etməyimiz lazımdır.

Yuxunu necə yada salmaq olar, yuxunu xatırlamaq, yuxu görmək,

Yorumlar