Youtube-dan ən asan necə video yükləmək olar?



Ən populyar video saytı olan youtube-dan video endirmək istəyirsinizsə və bu mövzuda çox da məlumatınız yoxdursa bu məqaləni oxumanızı tövsiyyə edirəm. Youtube-dan video endirmək üçün bir çox yol var. Bunları ümumi olaraq iki yerə bölə bilərik.1) proqram köməkliyi ilə 2) Proqram olmadan

Bu gün sizlərə ilk proqramsız üsulu izah edəcəyəm, çünki bu üsul daha asan və praktikdir.

Beləliklə youtube-dan video yükləmək üçün izləməniz lazım olan addımlar (proqramsız üsul)


Proqramsız youtube-dan video yükləmək üçün bu saytdan istifadə edəcəyik ki, onun da istifadəsi çox asandır. Sadəcə endirmək istədiyiniz video linkini saytdakı müvafiq yerə yapışdırıb "enter" düyməsinə basın, vəssalam.

İndi isə proqramla youtube-dan video endirmək üçün lazım olan addımları izah edirəm: Bunun üçün bir çox proqramlar var, amma mən sizə 2 proqramı tövsiyyə edirəm. Birincisi Download master proqramıdır ki, bu proqramı buradan endirə bilərsiniz.

İkincisi isə "İnternet download manager" proqramıdır. Bu proqramın da endirmə linkini burada yerləşdirirəm.

Qeyd edim ki, birinci proqram pulsuzdur, ikinci proqram pullu olsa da yuxarıda linkini yerləşdirdiyim "full" versiyasıdır.


Yorumlar