Vergi nədir? ƏDV nədir?

Vergi nədir?




Vergi ictimai xidmətlərin, dövlət və bələdiyyə fəaliyyətlərinin maddi təminatının qarşılanması məqsədilə insanlardan və təşkilatlardan qanun yolu ilə məcburi toplanan pullardır. Azərbaycan Respublikasında verginin 9 növü vardır. Onlar aşağıdakılardır:

1.    Əlavə dəyər vergisi (ƏDV)
2.    Fiziki şəxslərin gəlir vergisi
3.    Hüquqi şəxslərin mənfəət vergisi
4.    Aksizlər
5.    Hüquqi şxslərin torpaq vergisi
6.    Hüquqi şəxslərin əmlak vergisi
7.    Yol vergisi
8.    Sadələşdirilmiş vergi
9.    Mədən vergisi


ƏDV(Əlavə dəyər vergisi) nədir?

ƏDV istehlakçıya aid vergidir. Yəni bu vergi növü məhsul istehlakçıya çatdırıldıqda əlavə olunan bazar dəyərinə qoyulur və sonda istehlakçının üzərinə düşür. Qısası və sadə dildə desək biz hər hansısa bir məhsulu aldıqda onun üzərində göstərilən ƏDV dəyərini özümüz(istehlakçı) ödəyirik.

Vergi nədir, ƏDV Əlavə dəyər vergisi nədir,

Yorumlar