Uşaqları oyun, internet, kompüter vərdişlərindən necə uzaq tutaq?

Uşaqları oyun, internet, kompüter vərdişlərindən necə uzaq tutaq?




Uşaqlarınızın sizdən çox cihazları ilə vaxt keçirməsinə narahat olursunuzmu? Ya da ki, ağıllı telefonuna( və ya sizin telefonunuza) asılı vəziyyətdə olduğunu düşünürsünüzmü?

Əslində uşaqlarımızı bu cihazlarla əhatə olunmuş dünyada kompüterlər və ağıllı telefonlarla təmin etməkdən başqa çarəmiz yoxdur. Lakin buna baxmayaraq onların həmin cihazlardan müəyyən ölçüdə və intizamlı istifadə etmələrinin məsuliyyətini öz üzərimizə götürməliyik. Bu cihazları uşaqlarımızın təhlükəsizliyi, oxumaqlarına köməkliyi və onların müasir dünyadan uzaq düşməməsini istədiyimiz üçün alırıq, amma səbəb ola biləcəkləri bütün problemləri görə bilmirik. Çətin olsa da, bu problemlərin qarşısını ala bilərik.

Uşaqlarımızın texnologiyadan mütəmadi olaraq istifadə etmələrinin xeyir və zərərləri nələrdir?

Xeyirləri: Ağıllı telefonlar, kompüter oyunları uşaqlar üçün ən gözəl yaradıcılıq mənbələri ola bilər. Oyunlar yalnız əylənmək üçün deyil, eyni zamanda həm öyrədici, həm də gələcəyin texnologiyaları baxımından uşaqların düşüncələrini inkişaf etdirməyə kömək olur. İnternet isə bildiyimiz kimi sonsuz informasiyaların öyrənilməsi üçün əvəzolunmaz bir virtual məkandır.

Zərərləri: Virtual həyatdan fərqli olaraq real həyatda inkişaf edə bilməsi üçün uşaqların sosiallaşmağa, oxuyub-yazmağa və həyatdakı hər şeyi təbii olduğu kimi anlamasına ehtiyacları vardır. Buna görə də, həddindən çox texnologiyadan istifadə, onların real həyat inkişafını təhdid etməməsini və ya zərərli materiallara məruz qalmaması üçün öz uşaqlarımızı qorumaq məcburiyyətindəyik.
Uşaqların otaqlarında özbaşına internetdən istifadə etmələrinə icazə versəniz, şiddət və ya seksuallıq mövzularında filmlərə baxmaları çox asasn olacaqdır. Planşetlərin, ağıllı telefonların və digər internetlə əlaqəsi olan bütün cihazların ümumi otaqda istifadə etməsini vacib edin və uşaqlarınızın o cihazlarla nə etdiklərini mütləq bilin.

-Ciddi qanunlar qoyun

Bütün cihazların istifadə edilməsinə dair ciddi qanunlar qoyun. Məsələn: ağıllı telefona yalnız axşam saatlarında və ya dərs hazırlıqlarını bitirdikdən sonra istifadəsinə icazə verin.

-Vurtual əlaqələrdənsə, real münasibət qurmalarına yol açın

Kompüter və televizorun uşaqlara faydası və zərəri, kompüter planşet telefon vərdişi, Uşaqları oyun, internet, kompüter vərdişlərindən necə uzaq tutaq,

Yorumlar