Telefonların klaviaturalarında qısa yol necə yaradılır?

İphone və Android əməliyyat sistemli telefonların klaviaturalarında qısa yol necə yaradılır?




Hamımız telefonlarımızda nə isə bir şeylər yazırıq. SMS, internetdə və s. yazılar yazırıq. Bu yazılarda da demək olar ki, əksəriyyətində eyni sözləri yazırıq. Bu sözlərin hər birini başdan yazmaq əvəzinə həm android, həm də İOS əməliyyat sistemlərinin rahatlıq üçün yaratdığı gözəl bir xüsusiyyət vardır.

Çox da istifadə edilməyən və arxa planda qalan bu qısa yol xüsusiyyətinin əslində bir böyük faydası vardır. Öz qısa yollarınızı yaradaraq telefonlarınızda və ya planşetlərinizdə hər hansısa bir şeylər yazdıqda nəzərə çarpacaq qədər zamana qənaət etmiş olacaqsınız. Misal üçün; “Tel-no” şəklində yaratdığınız qısa yol birbaşa sizi telefon nömrənizi yazdığınız yerə gətirəcəkdir. Əlavə olaraq adi mətnlər kimi yazılması çox vaxt alan yazılar üçün də qısa yollar yaradıb zamana qənaət edə bilərsiniz.

İndi isə istər android, istərsə də İOS əməliyat sistemli telefonlarınızda bunu necə edəcəyinizi sizə izah edirəm.

İlk öncə android əməliyyat sistemli telefonalarda qısa yol yaratmaq:

Bu əməliyyatlar yalnız android-in öz klaviaturasında mümkün olur. Hər hansısa bir digər klaviaturadan istifadə edirsinizsə android qısa yollarını istifadə edə bilməzsiniz. Bundan başqa “Parametrlər-Klaviatura” bölməsində Google klaviaturanın seçili olmasına əmin olmalısınız

Beləliklə   “Settings-languages-personal dictionary” yolunu izləyin və daha sonra “personal dictionary” bölməsinə daxil olun. Ən aşağıda yerləşn “+” işarəsinə basaraq 1-ci bölməyə bütöv cümləni, 2-ci bölməyə isə qısa yolunuzu qeyd edin. Vəssalam qısa yolunuz haızrdır.

İndi isə İOS əməliyyat sistemli telefonlarda qısa yolu necə yaradacağınızı izah edirəm:

“Settings-General” yolunu izlədikdən sonra qısa yollar bölməsinə daxil olun. Qaşınıza İOS-un mövcud qısa yolları çıxacaqdır. Yeni bir qısa yol əlavə etmək üçün sağda üst tərəfdə olan “+”-a basın. Yenə də 1-ci bölməyə bütöv cümləni 2-ci bölməyə isə qısa yolunuzu qeyd edib yaddaşa verin. Bu qədər.

Telefonların klaviaturalarında qısa yol necə yaradılır,

Yorumlar