Saqqız çeynəmək zərərlidirmi? Saqqızın zərərləri nədir?

 Saqqız çeynəmək zərərlidirmi? Saqqızın zərərləri nədir?




Əsasən uşaqların kiçik yaşdan vərdiş etdiyi saqqız çeynəmək bir çoxlarımızı sağlamlıq cəhətdən düşündürür? Əvvəllər saqqızın heç bir zərəri olmasa da günümüzdə saqqızın tərkibinə qatılan qatqı maddələri olduğuna görə artıq saqqızın zərərləri vardır. Demək olar ki, hər 10 nəfərdən 6-7-si cibində, çantasında və ya avtomobilində saqqızın olmasını mütləq hala çevirib. Bəziləri isə siqareti tərgitməkdən ötrü saqqıza əl atırlar. Lakin siqareti tərgitməkdən ötrü çeynəlinən saqqız, saqqız vərdişini yaradır.

Saqqızın zərərlərini sadalamadan öncə onun tərkibindəki maddələri gözdən keçirək: Demək olar ki, bütün saqqızların tərkibində olan və “sorbitol” adı verilən dadlandırıcı maddə, udma hərəkətini incə bağırsaq tərəfindən olduqca çətin həyata keçirir.

Eyni xəstəliyi olan 2 qadın üzərində aparılan bir araşdırmada saqqızın artıq çəki itirməsinə və şiddətli qarın ağrısına səbəb olduğu məlum olmuşdur.

Beləliklə saqqızın zərərləri:

“Sukraloz” son vaxtlarda yaradılan bir dad ekstraktıdır. Normal şəkərdən 600 dəfə daha çox təsirlidir. Hər hansı bir təbii dadlandırıcı təsiri olmayan bu maddə insanların dad alma hissiyatını məcbur oyadır və bu da təbii olmadığı üçün ürəkdə və beyində zərərlərə yol aça bilər.

“Aspatram” xərçəng xəstəliyinə səbəb ola bilən bir dad ekstraktıdır. Qadınlarda heyz nizamsızlığına, sonsuzluq və baş gicəllənməsi kimi problemlərə yol aça bilər. Əlavə olaraq bəzi şirniyyat və şokoladların da tərkibində bu maddədən vardır.

“Mannitol” və s. kimi maddələr saqqızların tərkibində istifadə olunur və sağlamlığımız üçün böyük riskləri özümüz bilə-bilə orqanizmimizə daxil edirik. Hələ saqqızı udmağın nə qədər zərərli olduğunu bilsəniz dəhşətə gələrsiniz. Xüsusilə uşaqlar bu mövzuda xəbərdar edilməli və bunu bir vərdişə çevirməməlidirlər.

Saqqız çeynəmək zərərlidirmi, Saqqızın zərərləri nədir,

Yorumlar