Sabit diskə necə parol qoyulur?

Sabit diskə necə parol qoyulur?




Windows əməliyyat sisteminin 7, 8 və yuxarı versiyalarında sabit disklərə(“C” və “D” diskləri də deyirlər) parol qoymaq mümkündür. Çox sadə bir şəkildə disklərinizə parol qoya biləcəksiniz.


1)  “My computer”-ə daxil olub şifrələmək istədiyiniz diskin üzərində mausun sağ düyməsi ilə klikləyin.
2)  Açılan menyudan “BitLocker”-ı aktivləşdir seçimini seçin.
3)  Açılan formda diskin kilidini açmaq üçün “parol qoy” seçimini seçin.
4)  Müvafiq sahəyə parolları qeyd etdikdən sonra "növbəti" butonuna klik edin.
5)  Növbəti açılan formda əgər parol yadınızdan çıxarsa hesabınızı qurtarmaq üçün sizə verilən açarı bir yerdə saxlayın
6)  Qarşınıza çıxan ekranda “yadda saxla” butonuna klikləyin.
7)  “Əgər parol yadınızdan çıxarsa hesabınızı qurtarmaq üçün sizə verilən açarları bu kompüterin yaddaşında saxlamaq  istəyirsinizmi?” sualına “bəli”-ni seçin.
8)  “Növbəti” və daha sonra “Şifrələməni başla” butonuna klik etdikdən sonra şifrələmə əməliyyatı başlayacaqdır.
9)  “Şifrələmə bitdi” bildirişini göründükdən sonra kompüteri yenidən başladın və həmin diskə baxdıqda onun şifrələnmiş olduğunu görəcəksiniz.

D C diskinə parol qoymaq, papkaya qovluğa parol qoymaqSabit diskə necə parol qoyulur

Yorumlar