HTML nədir?

HTML nədir?



HTML-“Hypertext Markup Language” sözərinin baş hərflərindən əmələ gələn, Azərbaycan dilində mənası isə “Hiper Mətn işarələnməsi Dili”dir. Belə ki, HTML sənədlərin bir-birinə necə bağlanacaqlarını və sənəd içindəki mətn və şəkillərin necə yerləşəcəklərini müəyyən edən və etiket(taq) adı verilən kod parçalarından əmələ gələn bir sistemdir.

HTML koduna bir nümunə:


<html>
  <head>
    <title>Nümunə başlıq</title>
  </head>
  <body>
    <p style="font-size:10px"><a href="http://www.oxuyuram.com">Oxuyuram</a></p>
  </body>
</html>



Yuxarıda nümunə olaraq yazılan HTML kodu bu şəkildə
görünəcəkdir: oxuyuram


HTML-in tarixi

1980-ci ildə CERN(Conseil Européen pour la Recherche Nucléaire – Avropa Nüvə Araşdırma Mərkəzi)-də işləyən Tim Berners Lee CERN araşdırmaçılarının məlumatlarını və sənədlərini bir-biriləri ilə paylaşa bilmələri üçün hansısa bir sistemin lazım olması fikirini düşündü. Ona görə də prototip olaraq ENQUİRE adlı sistemi ərsəyə gətirdi. Və 1990-cı ildə HTML dilini inkişaf etdirməsindən sonra WWW(World Wide Web) sistemini qurdu.

Beləliklə CERN-də məlumat paylaşma məqsədilə ortaya çıxan HTML bu gün həyatımızda böyük yer tutan internetin bünövrəsini qoymuşdur.

HTML nədir, HTML proqramlaşdırma dili,

Yorumlar