Google yer(məkan) keçmişini necə silmək olar?
Fikir verməsəniz də müəyyən
şərtlərlə Google ağıllı telefon və ya planşetlərinizdən istifadə edərək
məkanınızı izliyir və haraya, nə vaxt getdiyinizin qeydiyyatını tutur. Qısa
müddətli bir səyahətə getdiyiniz bir məkanda bu xüsusiyyət faydalı olsa da,
bəzən gizlilik narahatlıq doğura bilir. Bu xüsusiyyəti açıb-bağlamaq seçimi
telefon və ya planşet ilk quraşdırıldığı vaxt istifadəçidən soruşulur. Məkan
keçmişinə baxmaq üçün Google-un xəritələr interfeysindəki saytını istifadə edə
bilərsiniz. Google hesabınıza daxil olduqdan sonra daha əvvəl getdiyiniz yerlər
və qırmızı nöqtələrlə qeyd olunduğunu görəcəksiniz. İstəyə bağlı olaraq vaxt
aralıqları seçib istədiyiniz məlumatları kompüterinizə endirə bilərisniz. Bütün
məlumatların silinməsini istəyirsinizsə “Clear All History” seçimi ilə daha
əvvəl ziyarət etdiyiniz və qeydiyyatı aparılan yerləri Google məkan keçmişindənsilə
bilərsiniz.
Yorumlar
Yorum Gönder