
Bədən çatları, dərinin həddindən artıq dartılması
nəticəsində dəridəki elastik toxumanın qırılması ilə meydana gəlir. Başlanğıcda
qırmızı ilə bənövşəyi arası bir rəngdə olan böyüklü, kiçikli bu cızıqlar zaman
keçdikcə ağ rəngə çevrilir. Ən çox qarın, bud, baldırlarda və döşlərdə görülən
bədən çatlarının meydana gəlməsinə əhəmiyyətli kilo dəyişiklikləri, hamiləlik
kimi hallar səbəb olur. Bu yaranan çatlar da qadınlarda psixoloji və gözəllik
baxımından çətinlik yaşanmasına səbəb olur.
Hər kəsdə çatlar yarana bilərmi?
Xeyr. Çünki bədən çatların meydana gəlməsində
varisliyin də rolu vardır. Toxumaları zəif olanlarda, kilo alıb vermə zamanı bu
çatlara daha tez rast gəlinir. Dərisi açıq tonlu qadınlarda qaraşın dərili
qadınlara nisbətən daha çox çatlamalar olur. Çatların qarşısının alınmasında
çəkini qorumanın və baxımın böyük təsiri vardır.
Dəri çatları xüsusilə gənc qızlarda yetişkənlik
dövründə, bədənləri qadına xas dəyişikliklər göstərdiyində və eyni şəkildə
bədən inkişaf etdirmə idmanı ilə məşğul olan kişilərdə də rast gəlmək
mümükündür. Dərinin alt toxumasının yırtıldığı yerdə qırmızı -göy rəngə çalan
xətlər meydana gəlir.
Bədən çatlarını yox etmək üçün təcrübədən keçilmiş
maskalar .
Əvvəlcə qidalanmağa diqqət edilməlidir. Tez və çox
kilo alıb vermək həm sağlamlıq üçün zərərli, həm də dəri sturukturunu pozduğu
üçün görünüşünüzdə problem yaradır. Buna görə bir mütəxəssislə məsləhətləşmədən
pəhriz etməkdən çəkinin. İdmanla məşğul olun və su təlabatına laqeyd yanaşmayın
.
2 çay qaşığı zeytun yağı
2 çay qaşığı badam yağı
2 çay qaşığı çörəkotu yağı
Bu yağları qarışdırın və çatlarınızın sıx olduğu
yerə masaj edərək dərinizə yedirin. 10 - 15 dəqiqə gözləyin və ilıq su ilə
yuyun.
Kakao yağı , kətan yağı və qliserin yağını eyni
ölçülərdə götürüb yaxşıca qarışdırın. Problemli bölgələrə masaj edin. Bu
maskanı hər gün təkrarlayın.
Çatlardan qorunmaq üçün nələr edilməlidir?
Çox təəssüf ki,yaranan çatları yox edəcək möcüzə
bir resept yoxdur. Amma, əmələ gəlməsini qarşısını almaq mümkündür.
-Dərinizi hər gün kremlə nəmləndirin .Kremlər çatlamağa qarşı dəriyə ehtiyac duyduğu suyu
verəcək.
-Bol-bol su için.
-A, E və C vitaminləri ilə zəngin meyvə-tərəvəz
qəbul edin.
-İdman edin.
-Qısa müddət ərzində kilo alıb verməməyə çalışın.
-Hamiləsinizsə, kilonuzu həkiminizin təklif etdiyi
sərhədlər içində tutmağa çalışın.
Bədən çatlarının tibbi müalicələrində hansı üsullar
tətbiq olunur?
Çatları 100 faiz aparacaq hər hansı bir üsulun
olmaması ilə birlikdə ən çox istifadə edilən üsullar lazer və karboksiterpiya
üsullarıdır.
Bədən çatlarının müalicəsi necə aparılır, çatlaq, dəri çatları
Yorumlar
Yorum Gönder