Almanı uzun müddət necə saxlamaq olar?

Almanı uzun müddət necə saxlamaq olar?



Almanı uzun müddət saxlamaq üçün bir neçə yol var. Almanı bir müddət saxladıqdan sonra o qaralmağa başlayır. Əvvəla alma niyə qaralır sualına cavab verək. Alma, armud, kartof kimi qidaların tərkibində olan müəyyən fermentlər havadakı oksigenlə birləşdikdə rəngi dəyişilir, səbəbi isə hüceyrənin daha çox bölünüb hava ilə qarşılaşmasıdır.

Almanı uzun müddət necə saxlamaq olar?

Qabığını soyduqda və ya kəsdikdə almanı suya qoyun, amma sudan çıxartdığınızda yenə də qaralmağa başlayacaqdır. Almanı daha uzun müddət saxlamaq istəyirsinizsə qaynadın, çünki çox isti gördüyü üçün tərkibindəki fermentlər fəaliyyətlərini davam etdirə bilmir və nəticədə də alma qaralmır.

Yaxşı alma çoxdursa onda nə edəcəksiniz? Bu halda almanı qaralmaqdan necə qorumaq olar?

Almanı saxlayacağınız yerin nəmli, sərin və qaranlıq olması ilə bərabər havalandırılması da vacibdir. Almaları saxlayacağınız yer geniş olmalıdır, əks halda əziləcək və çürüməsi, qaralması daha tez baş verəcək. Çürük almaların bir-birinə qarışmasının qarşısını almaq üçün aralarına və üstlərinə kardon qoya bilərsiniz. Qaralmış almaları sağlam almalarla eyni yerə qoymayın. Həftədə bir dəfə almalara nəzarət edin ki, çürüyü olarsa onları ayırın.

Yuxarıdakılar işinizə yaramadısa soyuducuda saxlamağı yoxlayın. İstədiyiniz qədər almanı götürüb yaxşıca yuyun. İstədiyiniz böyüklükdə doğrayaraq içlərindəki toxumlarını təmizləyin və daha sonra soyuducu paketinə qoyaraq soyuducunuzda saxlaya bilərsiniz.

Almanı uzun müddət necə saxlamaq olar, 

Yorumlar