
Texnologiya
o qədər inkişaf edir ki... Bunları
eşitdikcə ağzımız açıq qalır. İndi də linza TV gəlir. Televiziyanı gözümüzə
taxıb izləyəcəyik. Gələcək alimlərin
proqnozuna görə, 10 il içində kontakt linza kimi gözə taxılan televizorlar
həyatımıza girəcək. Bəs bu televiziyalar necə işləyəcək? Texnologiya
şirkətlərinə məsləhət görən İan Pearson-un
proqnozuna görə, 10 il ərzində izlənəcək olan "kontakt linza TV"
bədən istiliyiylə işləyəcək.
KANAL DƏYİŞDİRMƏK ÜÇÜN SƏSLİ ƏMR
Kanal dəyişdirmək üçün səsli əmr vermək,
ya da bir əl işarəsi etmək yetərli olacaq. Laboratoriya (gələcək laboratoriya) tərəfindən hazırlanan hesabata görə,
kontakt linza TV-də hansı proqramın izləndiyi kənardan görülməyəcək.
GƏLƏCƏKDƏ
TELEVİZİYANIN İÇİNƏ Daxil Olacağıq.
LİNZA TV-nin yanaşı, televiziya izlənən
insanların duyğularını tamaşaçıya çatdıracaq "rəqəmsal döymə" 10 il ərzində hazır olacaq. Bu sayədə macəra filmi izləyənlər oyunçularla
eyni həyəcanı duyacaq, idman yarışları da daha interaktiv şəkildə təqib
ediləcək. Hesabatda, "Gələcəkdə, özümüzü televiziyanın içinə o qədər
soxacağıq ki, futbol oyununda meydançada biz də hərəkətli olacağıq"
deyildi. Miriam Rayman yaradılmış laboratoriyadan , bu yeni texnologiyalar üçün
lazım olan əsas məlumatların hazırda mövcud olduğunu dedi.
Yorumlar
Yorum Gönder