Qazaxıstandakı sirli qəsəbə...



Qazaxıstanda Birdən Yatırlar Və Bir Neçə Gün Oyanmırlar
Qazaxıstanın qəsəbələrinin birində 2 ildir ki, çox əsrarəngiz bir hadisə baş verir. Gündüz vaxtı insanlar birdən yuxuya gedib günlərlə oyanmırlar. 2 ildir ki, təxminən 100 nəfərin yaşadığı bu qəribə hadisənin hələ dəqiq bir açıqlaması yoxdur və birdən yuxuya gedənlərin sayı gün keçdikcə artır. Sentyabr ayında ən son görünən ani yatma anında 8 məktəb uşağı 1 saat içində yatmağa başladı və bir neçə gün oyanmadı. Birdən yuxuya gedənləri xəstəxanaya aparan bir təcili tibbi yardım maşının sürücüsü 60 nəfəri qısa zaman içərisində xəstəxanaya apardığını deyib. Əsrarəngiz qəsəbə Qazaxıstanın paytaxtı Astanadan 450 km məsafədə yerləşir və SSRİ zamanında gizli zona elan edilib. Regionda işləyən bir uran ocağı 1980-ci ildə bağlanmışdır. Əsrarəngiz qəsəbədəki bu hadisə ilə bağlı bu ana qədər aparılan araşdırma nəticəsində ciddi səbəb göstərilə bilən açıqlama hələ edilməyib.

Yorumlar