Ağac adam əməliyyat olacaq

Ağac adam əməliyyat olacaq




 Banqladeşli Abul Bajandar 10 yaşından bəri "ağac adam xəstəliyindən əzab çəkir. Nadir görülən bu xəstəliyin səbəbi, HPVNİN (Human Papilloma virusu) şəkil dəyişdirməsi kimi tanınır. Banqladeşli 26 yaşlı Bajandar əlində və ayağında böyüyən "köklərin alınması üçün nəhayət əməliyyat ediləcək. Ölkənin cənubundakı Khulna bölgəsində yaşayan Bajandaranın əsas sinirlərinin zərər çəkməməsini təmin etmək naminə əməliyyat öncəsi bir sıra tibbi test aparılır. Testlər başa çatdıqdan sonra əl və ayaqlarında bitən hissələrin 5 kq-lıq qisminin alınması planlaşdırılır. Rikşa (velosipedlə çəkilən taksi) istifadə edərək dolanışığını təmin edən Bajandar son dörd ildə yaxşıdan yaxşıya artan xəstəliyi üzündən işini görə bilməz hala gəlib. 

XƏRCLƏRİ XƏSTƏXANA QARŞILAYACAQ  

"Başlanğıcda bunların zərərsiz olduğunu düşündüm, ancaq yavaş-yavaş iş qabiliyyətimi itirdim. Hazırda iki əlimdə də 5 ilə 7 sm arasında onlarca kök var" deyərək xəstəliyinidanışıb. Əməliyyatı keçirəcək olan Dhaka Medical College xəstəxanası (DMCH) xərcləri ödəmək qərarı alıb. Banqladeşdə ilk dəfə belə nadir görülən bir xəstəliyə rast gəldiklərini bildirir. Daha öncə 2008-ci ildə eyni xəstəliyə malik İndoneziyalı bir kəndli, bir sıra əməliyyat keçirərək bədənində çıxan hissələri aldırmışdır. Bajandarın bacısı yüzlərlə adamın qardaşını görmək üçün evlərinə gəldiyini, hətta xəstəxanada belə yüzlərcəsinin toplanaraq görüşə gəldiyini bildirir.

Yorumlar