İlk kompüter




Antik Yunan kompüteri təəccübləndirir. Antik Yunanıstanda Günəş və Ayın hərəkətlərini hesablamaq üçün istifadə edilən maraqlı mexanizm görənləri heyrətə salır.

Təxminən yüz il əvvəl batmış gəmidən çıxarılan bürünc mexanizmin X şüaları obrazlarında Olimpiya və bənzəri oyunların tarixlərinin olduğu bir idman təqvimi də kəşf edildi.

Bu qəribə maşının e.ə 150-ci ildən qaldığını təxmin edən tədqiqatçılar, təxminən 80 hissəyə bölünmüş və paslanmış vəziyyətdəki mexanizmin necə işlədiyini və kim tərəfindən düzəldiyini anlamağa çalışırlar. Alətin dişli çarx istifadə edən ilk mexanizm olduğu güman edilir. "Nature" jurnalında dərc olunan bir yazıda İngilis və Amerika elm adamlarının üç ölçülü X şüaları təsviretmə texnikası ilə cihazın arxa tərəfində daha əvvəl görülməmiş yazı və şəkilləri kəşf etdikləri bildirilir.

Tədqiqatçılara görə rəsmlər Şimal-qərb Yunanıstan və Siciliyada işlədilən ay adlarını ifadə edir. Eyni proqramın Syracuse şəhərində də istifadə edildiyinə diqqəti çəkən tədqiqatçılar, mexanizmin eyni şəhərdə yaşamış Arximed tərəfindən düzəldiyi ehtimalı üzərində dayanırlar.

 Olimpiya oyunlarının təqvimi ola bilərmi?

Nyu-York Universitetindən Aleksandr Cons, Arximedin astronomiya mövzusunda işlərinin olduğunu və mexanizmin düzəlişinə birbaşa və ya dolayı olaraq təsir etmiş ola biləcəyini qeyd edir.

Mexanizmdə olan digər rəsmlərin isə, Nemean, Isthmian, Pythian və Olimpiya oyunlarının vaxtlarını göstərən bir idman oyunları təqvimi olduğu bəlli oldu.

Yəqin ki, əl dəstəyi ilə işləyən mexanizmin içində olan dişli çarxlar köməyi ilə günəş və ayın mövqelərini, tutulma tarixlərini və o günlərdə məlum olan beş planetin yerini hesablamaq üçün istifadə edildiyi güman edilir.

Yorumlar