800 illik mobil telefon tapıldı!



UNO mütəxəssisləri obyekti yad planetlilərin gətirmiş ola biləcəyini iddia edir.

Avstriyada aparılan bir tədqiqat işində 13-cü əsrə aid olduğu güman edilən bir əşya tapıldı. Yonulmuş daşdan hazırlanan əşyanın günümüzdə istifadə edilən mobil telefonların ilk nümunələrinə olan oxşarlığı hər kəsi təəccübləndirdi.


Üzərində ekranı, düymələri və rəqəmlərə bənzəyən bəzi simvolların yer aldığı obyekt hamını düşünməyə vadər etdi. Bəzi UNO nəzəriyyəçiləri tapılan tarixi əşyanın o dövrdə planetlilər tərəfindən gətirilmiş ola biləcəyini iddia edib. Dünya miqyasında UNO eksperti Daniel Munyoz isə əşyanın üzərindəki düymələrin üzərində həkk olunan simvolların, Şumer mismar yazısı olduğunu müəyyən etdi. Əşyanın 800 illik olduğunu təsdiq edən Munyoz, funksiyasının isə telefon olub-olmayacağı barədə şərh verməyib.


Yorumlar