120 min il həyatda qala bildi

Pensilvaniya Universitetinin tədqiqatçıları 120 min ildir ki, Qrenlandiya buzunun içində yaşayan bir bakteriya növü kəşf etdi.



Tədqiqatçılar Qrenlandiya buzlaqlarının təxminən üç kilometr dərinliyindən çıxardıqları buz nümunələrinin içində son dərəcə kiçik olan, bu günə qədər bilinməyən bir bakteriya növü kəşf etdi. Genetik olaraq dəniz palçığında, bitki köklərində və balıqlarda olan bəzi bakteriyalarla əlaqələndirilən və "Chryseobacterium greenlandensis" adı verilən bakteriya qütb buzlaqlarında kəşf edilən 10-cu bakteriya növü oldu. Bakteriyanın 120 min il əvvəl yaranmış buz təbəqəsinin içində, aşağı temperaturda, oksigensiz, yüksək təzyiq və  qidasız şərtlərdə həyatda qalmağı bacara bilməsi, həyatın belə hədsiz şəraitdə necə sürdüyünün araşdırılmasına imkan verəcək.

Yorumlar