Yağış necə yaranır?


Yağış necə yaranır



Soyuq hava qatına rast gələn buxar hissəcikləri havadakı toz qırıntılarına yapışaraq su damlaları halına çevrilir. Bunlar birləşərək buludları yaradır. Bu su damcılarının yerə düşməsi, yəni yağış yaratması üçün müəyyən bir böyüklüyə gəlməsi lazımdır. Bu da yüz minlərlə su damcısının birləşməsi mənasına gəlir. Kifayət qədər böyüklüyə çatanda yerin cazibə qüvvəsinin təsirilə yerə düşməyə başlayır. Bütün bu təsvir etdiyimiz proseslər isə orta hesabla 8 gün çəkir.

Bəs yağan yağışın müddəti nəyə bağlıdır? Bir buludun yarısı yağış kimi yağır bu da təxminən 30 dəqiqə çəkir. Amma buludlar davamlı yaranarsa yağış günlərlə yağır.

Bəs hava qapalı olduğu halda bəzən yağış yağmır, bunun səbəbi isə: Su damcılarının isti və quru hava qatından keçməsidir. Burada su damlaları yenidən buxarlanır və ona görə də yağıntı əmələ gəlmir.

Heç diqqətinizi çəkdimi bilmirəm, leysan yağış yağarkən ilk dənələr hər zaman daha iridir. Bunun səbəbi də yağış damlalarının yer üzünə düşəndə soyuq və rütubətli hava ilə qarşılaşmasıdır. Soyuq və rütubətli qatdan keçən damlalar buxarlanmadan yer üzünə enərlər. Bu zaman həcm baxımından böyüdükləri kimi havanın rütubətini də aldıqları üçün daha da böyüyür. Və leysan yağışında ilk dənələr daha böyük olur. Arxadan gələn damlalar isə rütubəti azalmış bir qatdan keçdikləri üçün ilk dənələrdən daha kiçik olur.

Yağışın yağması üçün su damcılarının müəyyən bir böyüklüyə gəlməsini yuxarıda bildirmişdik. Bu da damcıların bir-biri ilə birləşməsi ilə olur. Bu birləşmə 2 cür olur. Toqquşma ilə birləşmə və kristallaşma ilə birləşmə.

1) Toqquşma İlə Birləşmə: Bulud su hissəcikləri küləyin təsiri ilə ora-buraya çəkilirlər. Bir-birinə toxunduqca birləşərək su damcılarını yaradırlar. Yaranan su damcıları da topalanaraq su damlalarını meydana gətirirlər. Bu damlalar müəyyən çəkiyə çatanda havadan daha ağır hala gələrək yerə yağış kimi düşürlər.

2) Kristallaşma Yolu İlə Birləşmə: Hava temperaturu birdən-birə düşsə su hissəcikləri donaraq buz kristallarını yaradırlar. Bu kristallar yerə düşərkən daha isti bir hava qatının içindən keçir. Həmin kristallar burada əriyib yer üzünə yağış kimi enirlər.



Yorumlar