Təhlükəli e-maillər, diqqətli olun hesablarınız oğurlana bilər!

Təhlükəli e-maillər, diqqətli olun hesablarınız oğurlana bilər!




Viruslu elektron poçtlar göndərərək insanların şifrələrini oğurlayıb, bank hesablarını talayan bir dəstə daha tutuldu. Təhlükəli e-maillər göndərərək şifrələrinizi oğurlaya biləcək hakerlərin istifadə etdiyi fəndləri diqqətli oxumalısınız!

İş üsulları

Cinayətkarların polisdə aparılan sorğularında iş üsulları ortaya çıxdı. İnternet bankçılığı istifadə edən vətəndaşların kompüterlərinə "Zeus" adlı bir virus proqramını e-poçtla göndərirlər və daha sonra kompüterə gələn virusun e-poçtda açılmasa belə, özünü aktiv hala gətirdiyi bildirilib.

Bu virusla internet hesab və şifrələri ələ keçirilib. Virus həmçinin bir “pop” adı verilən kiçik ekran görüntüsü açaraq "Son zamanlar baş verən dələduzluq hadisələrinə qarşı mobil telefon nömrənizi, telefonunuzun marka və modelini buraya daxil edərək aktivləşmə mesajını gözləyin" şəklində xəbərdarlıq görüntüsü verirmiş. Ekrandakı məlumatları daxil edən vətəndaşların telefonlarına həmin virus telefona mesaj yolu ilə gəlirdi. Beləliklə, bankdan gələcək xəbərdarlıq mesajları və axtarışların qarşısı alınırdı.

Odur ki, sizə hər gələn e-maili açmayın və diqqətli olun!!!

Yorumlar