Şəkillərin ölçüsünü necə dəyişək?

Şəkillərin ölçüsünü necə dəyişək?



Bəzən şəkillərimizi paylaşarkən, ölçülərindən dolayı problemlər yaşayırıq. Belə vəziyyətlərdə rəsmlərin ölçülərini və pixel dəyərlərini kiçiltməyimiz lazım olur. Şəkillərin ölçülərini dəyişmək üçün bizə lazım olacaq proqram PIXRESİZER proqramıdır.


PIXRESİZER-şəkil ölçüsü dəyişən proqramı şəkillərinizin ölçüsünü 75% nisbətinə qədər kiçildir. Bu sayədə çox böyük ölçülü şəkilləri olduqca kiçik ölçülərə çevirməyiniz mümkündür.

PIXRESİZER proqramını aşağıdakı kimi istifadə edilir: Proqramı açdıqdan sonra Load picture menyusundan ölçüsünü dəyişmək istədiyiniz şəkilləri seçirsiniz, ölçüsünü dəyişmək istədiyiniz faiz nisbətini seçirsiniz və ya özünüz piksel ilə ölçüləri yazırsınız. Daha sonra istədiyiniz formatı JPEG, GIF, BMP, PNG və TIFF olaraq müəyyən edin və son olaraq save picture butonuna klikləyin.

PIXRESİZER proqramını buradan yükləyə bilərsiniz.


Yorumlar