Qeyri-adi körpə 2 gün həyatda qala bildi!

Qeyri-adi körpə 2 gün həyatda qala bildi!




Hindistanda hamiləlik zamanı səhv qidalanmaya görə qeyri-adi görünüşü ilə doğulan körpə, yalnız iki gün həyatda qala bildi.

Hindistanın şimalında yerləşən Uttar Pradeş əyalətində dünyaya gələn bir körpənin ölümü ürək dağladı. Amroha bölgəsində yaşayan 32 yaşlı Savita Rani, normal doğuşla bir möcüzə körpə dünyaya gətirdi.

Başının bir hissəsi olmadan dünyaya gəlib

Doğumdan qısa bir müddət sonra uşağın şok görüntüsü qəsəbədə dildən dilə gəzməyə başladı. Bir çox insan, başının bir hissəsi olmayan və gözləri partlayacaq kimi görünən möcüzə körpəni görmək üçün Sai doğum evinin qarşısında toplaşmağa başlayıblar. Doğuşdan iki gün sonra möcüzə körpə ürək çatışmazlığı nəticəsində faciəli şəkildə həyatını itirdi.

Hamiləlik əsnasında səhv qidalanma

Qadın Doğum Mütəxəssisi Doktor Kusum Lata, baş verən ağırlaşmaların ananın hamiləlik əsnasında səhv və nizamsız qidalanma vərdişindən irəli gəldiyini söylədi.

Doğuş zamanı çox qan itirdi

Daha əvvəl üç sağlam uşaq dünyaya gətirən Raninin, doğuş əsnasında çox çətinlik çəkdiyi və çox qan itirdiyi qeyd olunub. Uşağın beyninin ana bətnində tam olaraq formalaşmadığı və ürəyi sayəsində iki gün ərzində həyatda qaldığı açıqlanıb.

Yorumlar