Paypal nədir, necə istifadə edilir?



Paypal nədir, necə istifadə edilir?




Dünyanın ən çox istifadə edilən və ən təhlükəsiz onlayn ödəmə sistemi olan Paypal haqqında maraqlandığınız nə varsa, hamısı bu yazımızda yer alıb.

İnternetdə edilən ticarətin asan olmasına baxmayaraq, bir o qədər də təhlükəli ola bilmə ehtimalı var. 

Kredit kartı məlumatlarının məxfiliyini qorumaq istəyənlərin rahatlıqla istifadə edə biləcəyi Paypal sistemi kredit kartınızın nömrələrini istifadə etmədən yalnız e-mail ünvanınız ilə mübadilə etmək imkanı verir. 


Paypal nədir? Necə qeyd olunmalıdır?


Paypalda bir hesab açmaq istədikdə ilk olaraq sizə Paypalı nə məqsədlə istifadə edəcəyiniz soruşulur. Paypalın fərdi və ticarət olmaqla iki fərqli hesab növü var. 

Hesab növünü seçdikdən sonra qeydiyyat formunu doldurmanız lazımdır. İstənilən məlumatları doldurarkən, e-mailinizin şifrəsini Paypal şifrənizdən fərqli etməyiniz tövsiyə olunur. Təhlükəsizlik üçün bu məsələyə çox diqqət etməlisiniz.

Paypal hesabına kart əlavə etmək

Üzvlük prosesini başa vurduqdan sonra, Paypal hesabınız ilə kartınızın əlaqələndirilməsini yaratmalıyıq. Yəni Paypal hesabımıza kart məlumatlarını əlavə etməliyik.

Burada ad, soyad qisminə yazacaqsınız ad ilə kart sahibinin adı eyni olmalıdır. Təsdiqlənən kredit kartının sizə aid olub-olmadığının yoxlanılması üçün kartdan 1.5 dollar pul çəkilir. 

Xatırladım ki, Azərbaycandan Paypal vasitəsilə online alış-veriş edə bilirsiniz, amma Paypaldan Azərbaycan banklarına pul göndərməniz mümkün deyil.

Yorumlar