Modanın yeni sahibi-Texnologiya





Geyinilə bilən texnologiyalara yeni bir nəfəs gətirən və adını "My Intelligent Communication Accesory (Mənim Ağıllı Rabitə Aksesuarım)" ifadesinin baş hərflərindən alan MICA, "Opening Ceremony" tərəfindən hazırlandı və Intel-in yüksək texnologiyası ilə istehsal edildi.

İnkişaf etmiş rabitə qabiliyyətləri ilə bərabər, bənzərsiz dizaynı zərif bir aksessuar olan MICA, istehsal prosesinin əvvəlindən axırına qədər bir dəb dizayn markası və qlobal bir texnologiya şirkətinin birgə çalışması nəticəsində ortaya çıxdı.

Beynəlxalq bazar araşdırma şirkəti Nielsen tərəfindən 2014-ci ilin ikinci rübündə keçirilən "Geyinilə bilən Texnologiyalar Bazar Meylləri"nin hesabatına görə, istifadəçilərin 100-də 53-ü aksessuar görünüşündəki cihazlara üstünlük verirlər. 

Araşdırmalar növbəti prosesdə texnologiya şirkətinin moda brendləri ilə aparacaqları əməkdaşlıq nəticəsində qadınların gündəlik həyatlarında üstünlük verdikləri lüks aksessuarlar görünüşündəki geyinilə bilən cihaz layihələrinin getdikcə artacağını proqnozlaşdırır.

MICA dəbi yaxından izləyən qadınları yazılı mesajlarına, Google və Facebook bildirişlərinə olan əlaqəsini təmin etməklə yanaşı, Intel və TomTom tərəfindən dəstəklənən "Time to Go" (TTG) ağıllı yada salan xüsusiyyətini də verir. MICA kimi dəb, stil və texnologiyanı bir araya gətirən məhsullar genişləndikcə geyinilə bilən texnologiyalar həyatımıza daha sürətli girəcək.

Yorumlar