İnsanlar üçün quyruq kəşf edildi

Yaponlar yenə maraqlı bir kəşfə imza atdı




Yaponiyada yaşayan dizayner Shota Ishiwatari ürək döyüntülərinə bağlı işləyən və xüsusilə bir-birilərilə danışmadan ünsiyyət qurmaq istəyənlərin ürəyincə ola biləcək bir "insan quyruğu" dizayn etdi.

"The Sun" qəzetinin xəbərinə görə, ürək döyüntülərini ölçən bir monitora bağlanan kabellər vasitəsilə işləyən "quyruq" adam həyəcanlandıqda sürətlə yellənməyə başlayır.

Ishiwatarinin bazara çıxaracağı "quyruq" üçün bunları dedi: "Quyruğu əyləncə mərkəzlərinə gedərkən istifadə edə bilərsiniz. Uşaqlarla oynayarkən də son dərəcə əyləncəli ola bilər. Hətta yoldaşınız da sizin kimi bu quyruğu taxaraq danışmadan əlaqə saxlaya bilərsiniz".



Yorumlar