GPS nədir?



GPS nədir?



İngiliscə adı "Qlobal Positioning System" olan GPS Azərbaycanca "Qlobal Mövqetəyinetmə Sistemi" kimi tərcümə olunmuşdur. Dünya üzərindəki hər hansı bir nöqtədən, hər bir hava şəraitində asan bir şəkildə istənilən yeri tapmağa yarayan bir naviqasiya sistemidir. Bu sistem Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin nəzarətindədir və dünya orbitində daim fırlanan peyklərdən ibarətdir. Bu peyklər bir növ siqnal yayırlar və həmin siqnalları yerdəki hər hansı bir GPS qəbuledicisi o siqnalları qəbul edir. Mövqe müəyyənetmə prosesi belə baş tutur.

GPS sisteminin iş prinsipi

GPS sistemində 24 ədəd peyk olur. Bu peyklər 24 saatlıq proses içərisində dünya ətrafında 2 tam dövr qayıdır. Enlik və uzunluğu müəyyən etmək üçün 3 ədəd GPS peykindən; Enlik, uzunluq və hündürlüyü müəyyən etmək üçün ümumilikdə 4 ədəd GPS peykindən istifadə edilməsi lazımdır.

GPS-in istifadə sahələri

GPS ilk olaraq hərbi istifadə üçün ortaya çıxmış olsa da, daha sonra mülki istifadəyə da açılaraq üzərində işlər aparılıb. GPS-in mülki və hərbi istismar sahələri aşağıdakılardan ibarətdir:

Mülki istifadə sahələri:

Geologiya, İşarələmə, Monitorinq, Naviqasiya, Səth sahəsi, Xəritə istehsalı vəs.

Hərbi istifadə sahələri:

Axtarış, Hədəf monitorinqi vəs. 


Yorumlar