Görənlər inanmadı!



Aralıq dənizdə nadir hallarda görünən Uzun balina (Balaenopteraphysalus) növünün 12,2 metr boyundakı balası Hatay Vilayətinin Limak Port  limanında sahilə çıxdı.

 Liman işçilərinin sahildən gələn qoxu nəticəsində tapdığı Uzun balina, Sahil Təhlükəsizlik Komandanlığının apardığı araşdırmadan sonra kranın köməyi ilə dənizdən çıxarılıb. Nəhəng görüntüsü diqqət çəkən Uzun balina, yük avtomobilin arxasında araşdırılması üçün Hatayın Texniki Universitetinin "Dəniz Elmləri və Texnologiyası" fakültəsinə göndərilib.


Tırın üstündə bağlı olan Uzun balina, üzərində aparılan araşdırmalardan sonra fakültənin bağçasında basdırıldı.

Yorumlar