Ən az 800 uşağım var, hədəfim isə 1000 uşaqdır!



Ən az 800 uşağım var, hədəfim isə 1000 uşaqdır!




İngiltərədə sperma bankları vasitəsilə hamilə qalan qadınların sayı artır. Amma bir çoxu da özəl klinikalarda müalicə qiymətlərinin çox yüksək olmasından şikayətçidirlər. "Səhv etmirəmsə indiyə qədər 800 uşağım var, dörd il ərzində 1000-ə çıxarmaq istəyirəm" 


"İspaniyadan tutmuş Tayvanadək, bir çox ölkədə uşağım var. Dünya rekordunu qırmaq istəyirəm."


Lisenziyalı özəl klinikalarda hər bir müalicə dövriyyəsinin dəyəri də 500 funt-sterlinq ilə 1000 funt sterlinq arasında dəyişir. Kişilərin də 10-an çox uşağa atalıq etmələrinə icazə verilmir. Watson-un "sehirli iksir" kimi təsvir etdiyi xidmətlərin qarşılığında 50 funt-sterlinq alır. Müştərilərinin çoxu da Watson-u Facebook-dan tapır. Müştəriləri Watson-a, irsi bir xəstəliyinin olub-olmadığı barədə suallar verirlər. Müştərilər ya bir otel otağı tutur, ya da ümumi tualetləri istifadə edirlər. Hər üç ayda bir cinsi yolla bulaşan xəstəliklər üçün test olan və xəstəxana nəticələrini internetdə paylaşan Watson öz qabından və şprisindən istifadə edir. 

Lakin ekspertlər qanuni olmayan bu üsulun qadınların və qoruyucusuz cinsi əlaqəyə girmək istəyən kişilərin də sağlamlığını təhlükəyə atdığını və cinsi yolla bulaşan xəstəliklərə yol açdığını qeyd edirlər.

Watson iki dəfə evlənib, üç uşağı var, ilk evliliyindən sonra spermalarını bağışlamağa başlayıb.

Niyə bu işə başladığını da belə danışır:

"18 yaşıma qədər qız dostum olmadı. Heç vaxt evlənib uşaq sahibi olmayacağımı düşünürdüm. Bir psixoloq mənə bəlkə də, bu işin o səbəblə qaynaqlandığını deyir, amma əsil səbəbini bilmirəm".

Yorumlar