Alimləri təəccübləndirən skelet


Alimləri təəccübləndirən skelet





Bəziləri tərəfindən yad planetli olaraq adlandırılsa da elm adamları "Ata" adı verilən bu əsrarəngiz skeletin mumyalanmış insan skeleti olmasını düşünürlər. Məsələ ilə bağlı açıqlama verən Stanford Universitetinin Tibb Fakültəsindən Qari Nolan isə, "Bu skeletin qətiyyən meymun olmadığını deyə bilərəm. Bu bir insan skeletidir. 6 ya da 8 yaşına qədər yaşaması mümkündür" deyib. 2003-cü ildə Oskar Munyoz adlı bir nəfər yerli qəzetlərə verdiyi açıqlamada, bənzər bir skelet tapdığını bildirmişdi. İnsana bənzəməyən skeletin çox qaraldığını ifadə edən Munyoz, skeletdə 9 qabırğa sümüyü olduğunu bildirmişdi.

Yorumlar