31-0 hesabı ilə bitən futbol oyunu rekord qırdı



11 Aprel 2001-ci il tarixində Avstraliya və Amerika Samoası milli futbol komandaları arasında, Avstraliyanın Coffs Harbour şəhərindəki Beynəlxalq İdman Stadionunda oynanılan 2002-ci ildə baş tutacaq Dünya Kuboku seçmə mərhələsinin qarşılaşması baş verdi. 




Avstraliya komandası qarşılaşmanı 31-0 hesabı ilə qazanaraq beynəlxalq bir futbol matçında alınan ən fərqli qalibiyyət rekordunu qırdı. Matçda 13 qolu birdən qeyd edən Avstraliyalı oyunçu Arqu Thompson beynəlxalq oyunda ən çox qol vuran oyunçu titulunun sahibi oldu. Tompsondan sonra matçı 8 qolla tamamlayan David Zdrilic isə I Dünya Müharibəsindən bu yana beynəlxalq oyunda ən çox qol vuran ikinci oyunçu postuna gəldi.

Matçın nəticəsi turnir seçmələrinin təşkil olunma qaydalarına yenidən baxılmasına yol açdı. Avstraliyanın texniki direktoru Frank Farina və 13 qollu oyunçu Thompson güc tarazlığının bu qədər aşkar olduğu oyunların qarşısının alınması üçün ön seçmə turun keçirilməsinin lazım olduğunu söyləyərkən, oxşar fikirlər FİFA tərəfindən də dilə gətirildi. Bütün bu mübahisələrdən sonra 2006-cı il Dünya kuboku Okeaniya seçmələrində əlavə olaraq bir ön seçmə tur oyunları da artırıldı.

Həmin oyundan:



Mənbə: Youtube

Yorumlar