Süni göz gözdən əlillərə yardım edəcək
2016-cı ildə Monaşa Universitetinin avstraliyalı
alimləri tərəfindən görmə qabiliyyətini tamamilə itirmiş şəxslər üzərində süni
gözün köçürülməsi əməliyyatı aparılacaq. Süni görmə sistemi təsviri bilavasitə
beyinə ötürəcək.
İnnovativ sistem daxili kamera ilə təchiz edilmiş eynək formasında hazırlanıb və real dünyadakı təsviri yığcam videoprosessora göndərir. Bu qurğu isə öz növbəsində təsvirin bəzi hissələrini "ələ keçirərək" onu beynin görməyə cavabdeh bölməsində yerləşdirilmiş 11 ötürücü qurğuya ötürür.
Həmin texnologiyanın yaradıcısı Artur Lourinin sözlərinə görə, hər bir elektrod kompüter monitorundakı piksellə müqayisə edilə bilən işıq nöqtəsi əks etdirə bilər. Ümumiyyətlə isə, ötürücü qurğular 500 işıq nöqtəsi əks etdirə bilər ki, bu da insan gözünün imkanından (bir-iki milyon piksel) dəfələrlə azdır. Amma sadə təsvir yaratmaq üçün 500 işıq nöqtəsi kifayətdir.
"Prosessor–minimum informasiyadan istifadə etməklə mürəkkəb vəziyyəti əks etdirən karikaturaçı kimidir" – deyə Louri fikrini bölüşüb.
Mənbə: http://www.ictnews.az

Yorumlar
Yorum Gönder