Microsoftun səs laboratoriyası "Dünyanın Ən Səssiz Məkanı" olaraq “Ginnesin Rekordlar Kitabı”na düşdü




Microsoftun  Vaşinqtonda yerləşən səs laboratoriyası Ginnes Dünya Rekordları tərəfindən planetin ən sakit yeri olaraq qəbul edilib. İçəridəki sakitlik -20.6 dba olaraq ölçülüb və test edənlərə görə "inanılmayacaq qədər səssiz" olaraq qəbul olunub.

Texnologiya nəhəngi bu otaqları cihazlarını test etmək üçün və səs texnologiyasını görmək üçün hazırlayıb.

Otağın divarları səsə həssas materiallardan hazırlanır və otağa gedən hər bir səs parçasını udmağa yarayır.
Microsoftun rəsmisi "Sizə bir misal verim, havadakı hissəciklərin təsadüfi gəzməsindən yaranan Braun hərəkəti -23 dba səviyyəsindədir. Daha səssiz olma bilməzsiniz, çünki havadakı kiçik zərrələrin hərəkət səsindən daha aşağı bir səs ola bilməz. Fizikanın sərhədlərinə gəlib çatmış vəziyyətdəyik" deyə bildirib.

İnsanlar sıfır desibelə qədər olan bütün səsləri eşidə bilər, bundan aşağı səslər isə  qulaqlarımızın eşidmə sərhəddinin altında qalır, bu səbəbdən -20,6 dba-ya nail olmaq inanılmaz bir nəticə kimi qiymətləndirilir. İndi Microsoftun mühəndisləri 87-ci binada Kortana rəqəmsal assistent tətbiqini inkişaf etdirmək üçün çalışırlar.

Səs azaltma texnologiyası hər zaman inkişafdadır. Ginnes Dünya Rekordları 2004 rekordunun -9,4 dba-ya yaxın olduğunu bildirir. 23 dbalık baza qiymətinə nə qədər gələcəyimiz hələ bilinmir, ancaq bu yalnız nəzəri bir baza dəyəridir, çünki dərin kosmosdakı vakuum şəraitində heç bir hava hissəciyi hərəkət etmədiyi üçün daha aşağı qiymətlərə nail olmaq da mümkündür.

Microsoftun yaxın zamanda insanların bu kompleksi ziyarət etmələrinə icazə verməsi mümkün görünmür. Bu qədər səssiz bir mühitdə qulaqlarınız ən kiçik səsləri qəbul etməyə hazır olması səbəbilə orqanizminizin istehsal etdiyi səsə görə siz əslində oradakı səs mənbəyi olursunuz.

Yorumlar