"Daşınabilən gül evi" biznesi qurmaq

Nyu-Yorklu iki gənc qadın-Eşli Kaster və Kristina Xeker özlərinin yeni və qeyri-adi bizneslərini qurublar.

 

Belə ki, onlar özləri üçün bir yük maşını alıblar və maşının arxa hissəsində kiçik dibçəklərdə qeyri-adi gülləri yerləşdirərək "daşınabilən gül evi" yaradıblar. 

 

Bununla da onlar "daşınabilən gül evi"ni şəhərin hər bir yerində, əsasən insanların sıx olduqları yerlərdə hərəkət etdirərək yaxşı qazanc əldə edirlər. İdeyanın sahibələri bunu "təkərlər üstündə gül ferması" adlandırblar. Satdıqları güllərin küpələrinin dizaynı orijinallığıyla fərqlənsə də, onlar bu gülləri yüksək qiymətdən satmırlar.

 

Yük maşınının arxasında gül yetişdirmək üçün normal şərait quran Eşli Kaster və Kristina Xeker indi biznesin genişlənilməsi haqqında fikirləşirlər, çünki belə biznes çox böyük xərclər tələb etmir.

 Bəli, bax belə əsas ideyadır...

 

Yorumlar