Hamiləlikdə uşağın beyin gücünü artırmağın 5 yolu






Hamiləlik zamanı körpənin sağlamlığı üçün nələr etmək lazım olduğu hər yerdə tez-tez danışılır, ancaq ən əhəmiyyətli olanının-beyin sağlamlığının üstündən keçilir.
Harvard universiteti tərəfindən aparılan tədqiqatda hamiləlik əsnasında həftədə ən az üç dəfə balıq yeyən anaların körpələri 18 aylıq olanda həftədə bir dəfə balıq yeyən ananın uşağından 30% daha çox inkişaf etdiyini ortaya qoyur. Mütəxəssislər irsi genlərin körpənin zəka səviyyəsini müəyyən edən ən mühüm amil olmasına baxmayaraq, analığa namizədlərin bu inkişafa töhfə verməsinin mümkün olduğunu deyir. Körpənizin beyin gücünü inkişaf etdirmək üçün aşağıdakıları edə bilərsiniz:
 

Omega 3 qəbul edin
 
Hamilə və süd verən anaların körpələrinin beyin inkişafını ən yüksək səviyyəyə çıxarmaq üçün hər həftə 340 q balıq yeməsi yaxşı olar.
 

Məşqlər

Hamiləlik müddətində aktiv olmaq çox əhəmiyyətlidir. Məşq etmək qan dövranını artırır və qidaların, oksigenin daha yaxşı daşınmasını təmin edir. Hansı məşqi nə qədər və ya necə edə biləcəyinizi həkiminizlə məsləhətləşməyi unutmayın.
 

Hormonlar

Mütəxəssislər ana bətnində erkən dövrdə yetərli miqdarda tiroit hormonu qəbul edilməsinin beyinin düzgün çalışması üçün lazımlı olduğunu qeyd edirlər. Kifayət qədər aktiv olmayan və işləməyən tiroit-lərə malik analardan doğulan körpələrin nəzərə çarpaçaq qədər aşağı IQ-yə sahib olduğunu ortaya qoyan araşdırmalar var.
 
 
Stressdən qaçın

Hamiləlik müddətində həyat yoldaşınızla problemləriniz varsa bunlardan xilas olmağa çalışın. Stress körpənizin zəkasına mənfi təsir göstərəcəkdir. Elm adamları yüksək miqdarda ifraz olunan stress hormonları uşağın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdiyini vurğulayırlar.
 Əmizdirmək vacibdir!


Aparılan araşdırmalar ən azı 10 ay əmən körpələrin 18 aylıq olduqları zaman daha çox inkişaf etdiklərini göstərir. Balıqda olan Omega 3 kimi yağlar südə qarışır. İndiki uşaq qidalarının tərkibində bu kimi yağlar olsa da, ana südündə hələ kəşf edilməmiş və beyni inkişaf etdirən bir sıra maddələrin ola biləcəyi müdafiə edilir.

Yorumlar