Etiraz Üçün Dodaqlarını Tikdilər






Etiraz Üçün Dodaqlarını Tikdilər


Avropaya keçid icazəsi verilməyən qaçqınların sərhədlərdəki dramı davam edir. Yunan-Makedoniya sərhəddində gözləyən və Avropaya keçmələrinə icazə verilməyən qaçqınlar etiraz məqsədi ilə dodaqlarını tikdilər. 

İranlı olduqlarını açıqlayan qaçqınlar, cümə günündən bəri iki ölkə arasındakı sərhəddə düşərgə qurublar.
 
Aclıq elan edən qaçqınlardan birinin sinəsinə "yalnız azadlıq", digər ikisinin isə döş və alınlarına "İran" yazıldığı görülüb.
 
Yüzlərlə qaçqının gözlədiyi Yunan-Makedoniya sərhədində; Suriyalı, İraqlı və Əfqan qaçqınların ölkəyə girməsinə icazə verilərkən, əsasən İran, Pakistan və Banqladeşdən Avropaya girmək istəyənlərin keçidi əngəllənir.
 
Etirazlardan sonra qaçqınların bir hissəsinin Yunanıstana qayıtdığı bildirilib.

Yorumlar