Beyindən beyinə 8000 km məsafədə əlaqə quruldu




Beynəlxalq bir araşdırmada elm adamları iki insan arasında minlərcə kilometr uzaqlıqdan, beyindən beyinə, internetlə bağlantı qurmağı bacardılar. Hindistanda bir araşdırmaçının beyninə yerləşdirilən kompüter interfeysi ilə Fransadakı eyni sistemi istifadə edən digər bir araşdırmaçıya sadəcə düşüncə gücü ilə sözlər yollandı.Başqa sözlə desək, telepatiya qurmağı bacardılar. Gələcəkdə bunun sayəsində sadəcə danışmaq deyil, duyğular da nəql ediləcəkdir, yəni sevgilinizlə, dostlarınızla və ya ailənizdən birilə uzaqda olsanız belə, o anda beyninizdə olan düşüncələri paylaşa biləcəksiniz. Bəli bu mövzuda əvvəllər filmlər çəkilib, X-Men, Təkamül və s. Artıq bazarlarda da mövcud olan beyin-kompüter interfeysləri sayəsində kompüterin USB portuna qoşduğunuz bu cihazlarla yeni şeylər etmək mümkündür. Neuroelectrics-dən elm adamları elektroensephalogram adı verilən bir texniki yolla beyindən kompüterə(BCİ) nəqlini bacardılar. Digər tərəfdə isə kompüterdən beyinə nəql(CBİ) üçün TMS(transkraniyal maqnetik stimullaşdırılması) istifadə edildi. TMS sayəsində beyindəki bölgələr elektrik axımı əvəzinə maqnetik axımla siqnal verilir. TMS-nin ən böyük xüsusiyyəti isə başınızda bir dəlik açmaq məcburiyyətində qalmadan beyninizə qoşula bilməsidir.
     Hələlik olduqca böyük cihazlarla edilən təcrübə gələcəkdə daşına bilən EEG-lər ilə etmək olacaqdır.
    Ən maraqlısı isə bilirsiniz nədir? Gələcəkdə telepatiya yolu ilə sevdiklərimizə söz ilə ifadə edə bilmədiyimiz duyğularımızı bu cihazlar vasitəsilə duyğuları sözlərə çevirərək ən gözəl şəkildə çatdıra biləcəyik. Bəlkə də əksinə olacaq bilmirəm, yaşasaq görəcəyik...







Yorumlar