Beyin yeni düşüncələri necə istehsal edir?






Doktor Stiven Frankland və Professor Coşua Green tərəfdaşlığında aparılan yeni bir iş-iki bitişik beyin zonasının bir növ konseptual algebra yaradaraq insanlarda yeni ideyaları təşkil etdiyini ortaya qoyur.
 
İşin müəllifi Frankland, insanın ən böyük idraki sirrlərindən biri-Beyinin müxtəlif fikirləri bir araya gətirərək, yeni bir fikir yaratmaq qüvvəsi olduğunu bildirir. Bir çox insan "Co Bayden Vladimir Putini Scrabble-da məğlub etdi" cümləsini-Haqqında heç düşünməmiş belə olsa asanlıqla anlaya bilər; Çünki Putin və Baydenin kim olduğu, Scrabblein nə olduğu, Və qazanmağın nə mənaya gəldiyini bildiyinizə qədər bu konsepsiyanı bir araya qoyaraq cümləni anlaşıqlı hala gətirmə bacarığına maliksiniz. Ən əsası isə; Qabarıq idraki bir istedaddır.
 
Bəs, bu fikirlər necə yaradılır? Bir nəzəriyyəyə görə, beyin bu prosesi konseptual dəyişənlərin təmsili yolu ilə həyata keçirir. Yəni "Nə olub", Kim etdi?  kimi suallara cavablar hazırlanaraq həyata keçirir. Frankland və Green isə bu işlə bağlı-Beyinin çoxlu cümlələr içərisində eyni modelləri tapıb təkrar istifadə edərək, bu modellərin simvollar kimi işlədiyini və zehni bir sintaksis yaratdığını qeyd edir.
 
Frankland və Green bu bölgələri təsvir etmək üçün tələbələrin "it adamı tutdu" və "adam iti tutdu" kimi sadə cümlələri ard-arda oxuyarkən yaranan fMRİ görüntülərini təhlil edir. Bu da beyində "adam" və "it" ilə bağlı modellər yaratmış və ayrı-ayrı cümlələr içində belə istifadə edilsə, "İt" və "adam" sözlərinin simvol olaraq qəbul etdiyi və ayırd edildiyi bəlli olmuşdur.
 
İşin dil ilə bağlı hissəsinin əhatə etdiyini vurğulayan Green; İnsan beyninin düşünmə fəaliyyətinin bundan çox daha böyük bir sirr olduğunu düşündüklərini də əlavə edir.
 
Bu işi fərqləndirən cəhəti isə-Fikir əmələ gəlməsini daha funksional və mürəkkəb təməllərə əsaslanan qavrama modelləri yerinə, fikirləri formula etmək üçün lazım olan konseptual quruluş bloklarının dinamik kombinasiyaya əsaslandırılan yüksək idraki bir "modelləşdirmə" təqdim etməsidir.
 
Green bu işin insan zəkasında hələ yeni dərk olunmağa başlanan əsas bir xüsusiyyət olduğunu da əlavə edir.

Mənbə: http://www.bilim.org

Yorumlar