Android üçün ən gözəl futbol oyunu




"Dream League Soccer" Türkiyə, İtaliya, Belçika və Sinqapurda ən çox oynanan 10 idman oyunu içərisində yer alır.

"Dream League Soccer" Android oyununda, Dream FC adında bir komandanız olur. Oyun başlayarkən məlum olan məşhur bir neçə futbolçudan birini də seçib komandanıza kapitan edirsiniz.

Komandanız üçün taktikalar müəyyənləşdirə, məşqlər etdirə bilərsiniz və futbolçulara fərdi inkişaf proqramları verə bilərsiniz. Bu da oyunçularınızın 100 üzərindən olan qiymətləndirmə sisteminə təsir edir. "Dream League Soccer"da bir menecer olaraq oyunçularınızı sata bilərsiniz və ya sərbəst buraxaraq, yeni oyunçular da transfer edə bilərsiniz.

İndiyə kimi klassik menecerlik oyunu kimi olsa da "Dream League Soccer" oyununda matçları özünüz oynayırsınız. Telefonunuzun ekranının sol alt tərəfində istiqamətləndirmə düyməsi, sağ alt tərəfində pas, zərbə, orta və s. kimi vəzifələri yerinə yetirən düymələr var. Bir liqa içərisində Dream FC komandanızı yuxarılara qaldırmağa çalışarkən, həm menecer kimi, həm də futbolçuları idarə etməyə çalışırsınız.

"Dream League Soccer" mənim indiyə qədər ağıllı telefonlarda oynadığım ən uğurlu futbol oyunudur. Əgər Android telefon, ya da planşetdə bu oyunu oynamaq istəyirsinizsə "Google Play"-dən APK-ni endirə bilərsiniz. Uğurlu oyunlar...


Oyunun son versiyasını birbaşa buradan yükləyə bilərsiniz 

Yorumlar