Kompüterdə mavi ekran xətaları(BSOD) necə həll edilir?

Kompüterdə mavi ekran xətaları(BSOD) necə həll edilir?



Mavi ekran xətaları(BSOD-“Blue Screen of Death” ingiliscə adı) kompüterdə qarşımıza çıxdıqda nə edəcəyimizi bilmirik. Amma bu yazımda sizlərə bunun həllini göstərəcəyəm.
         Mavi ekran xətaları Microsoft Windows əməliyyat sistemləri kritik bir xəta ilə qarşılaşdıqda və kompüterinizin əməli hərəkətinə əngəl ola biləcək hallarda yenidən başladılmasına məcbur edən bir haldır.

Mavi ekran xətası niyə baş verir?

Mavi ekran xətaları çox vaxt kompüterinizin təchizat cihazları ilə və ya bu cihazların “driver” proqramlarından irəli gələn problemlərdən qaynaqlanmaqdadır. Kompüterinizdə istifadə etdiyiniz standart proqramlar mavi ekran xətaları verməzlər. Həmin proqramlardan əmələ gələn xətaları düzəltmək üçün “Geri yükləmə” edərək problemi həllə edə bilərik. Mavi ekran xətası ilə qarşılaşdığınızda Windows əməliyyat sistemi avtomatik olaraq bir “minidump” faylı yaradır. Bu faylın içində mövcud problem haqqında informasiya vardır. Bu fayl hard diskinizdə yaddaşa verilir. “Minidump” faylını açaraq mavi ekran xətanız haqqında məlumat ala bilməniz üçün öz tərzində xəta kodları yaradır. Həmin bu kodları “Windows Problem Mərkəzi”nə bildirərək problemin həll yolunu axtara bilərsiniz. Əgər mavi ekran xətası olmadan kompüteriniz yenidən başlayırsa, böyük ehtimalla “mavi ekran xətası” ilə əlaqəlidir.


 Mavi ekran xətalarını necə oxumaq olar?

“BlueScreenViewer” proqramı ilə mavi ekran xətalarına baxa bilərsiniz. Bu proqram vasitəsilə “Minidump” faylını oxuyaraq fayl haqqında ətraflı məlumat toplaya bilərsiniz.


Mavi ekran xətaları necə həll edilir?


1) Sistemi qurtarmaq(система восстановления): Əgər kompüteriniz mavi ekran xətası verməyə başladısa, “Sistemi qurtarma” əməliyyatından istifadə edərək kompüterinizi daha əvvəlki vəziyyətinə qaytararaq problemi həll edə bilərsiniz və bu əməliyyat uğurlu olarsa problemin son dəfə quraşdırdığınız “driver”dən qaynaqlandığını tapa bilərsiniz.

2) Windows-u yenidən yükləyin: Windows-u yenidən yükləyərək bütün problemlərdən tez qurtula bilərsiniz. Həm yeni bir əməliyyat sisteminə sahib olarsınız, həm də sürətli olacaqdır. Lakin bu yükləmə əməliyyatından sonra da Mavi ekran xətası alsanız deməli probleminiz qətiliklə kompüterinizin təchizatındadır.

Mavi ekran xətası, Синий экран ошибки, The blue screen error,

Yorumlar