Göz quruluğu necə müalicə olunur?

Göz quruluğu necə müalicə olunur?



Dünya üzərində milyonlarca insana təsir edən göz quruluğu daha çox hava kirliliyi yüksək olan şəhərlərdə görülür. 40 yaşdan yuxarı qadınlarda daha çox rastlanılan bu xəstəlik uzun müddət kompüter, mobil telefon və planşetlərin ekranına baxmaqdan, kontakt linza istifadəsindən və s. bu kimi səbələrdən yarana bilər. Həmçinin siqarət çəkilən yerlərdə çox vaxt keçirmək, göz əməliyyatları, ətraf-mühit faktorları da buna səbəb ola bilər. Göz quruluğunun əlamətləri bunlardır: quruluq, yanma, yanma hissi, işığa həssaslıq, gözdə qaşıntı, yorğunluq hiss etmə, bulanıq görmə və s. Bu əlamətləri özünüzdə görürsüzsə, narahat olmağa dəyməz. Əlbəttə ki, özünüzü bəzi faktorlardan qoruyaraq göz quruluğundan xilas olmaq mümkündür. Göz quruluğundan qorunmağın yolları aşağıdakılardır:

Gün ərzində sudan bol-bol istifadə edin. Ən azından 2 litr su içməyə çalışın.

Yatdığın otağın azacıq da olsa, rütubətli olmasını təmin edin

Günəşli və küləkli havalarda, gün eynəklərindən istifadə edin

Kompüterə müəyyən bir məsafədən baxmağa çalışın. Otaqda işığı gözlərinizi yormayacaq dərəcədə müəyyənləşdirin.

Ümumiyyətlə, gözlərinizdə yuxarıda sadaladığım əlamətlər varsa, göz həkiminə müraciət etsəniz daha yaxşı olar. Həmçinin Omega 3 və A vitaminindən istifadə etmək də göz quruluğu üçün faydalıdır.

Yorumlar