Zülal tozlarının zərərləri nədir?

Zülal tozlarının zərərləri nədir?




Zülal tozları bir çoxumuzun "body building"(bədən əzələlərinin inkişafı)hərəkətləri edərkən istifadə etdiyi və bədəndəki amin turşu və zülal səviyyəsini yüksəldərək əzələ çıxarmağımıza yardımçı olan məhsullardır. Ancaq bu məhsulların zərərləri hələ də çox aydın olmamışdır. Xüsusən içərisində kimyəvi maddələrin orqanizmdə nə kimi ziyanlara səbəb ola biləcəyi hələ də həkimlər tərəfindən araşdırılır. Bədəni inkişaf etdirmək məqsədilə zülal tozu alaraq sağlamlıq baxımından zərər riskinə girməkdənsə, yumurta, süd, ət kimi zülal baxımından zəngin qidalar istehlak edə bilərik.

Son illərdə xüsusilə gənclər arasında genişlənən zülal tozları, bir anda bədənə hədsiz şəkildə zülal və amin turşusu yüklədiyi üçün, intensiv və nizamlı istifadələrdə bir sıra zərərlər yarada bilər. Bunların başında enerji çoxluğu səbəbilə yaranan stress və sıxıntı halı gəlir. Bu cür hallarla qarşılaşmamaq üçün zülal tozları yerinə təbii qidalar seçim edilə bilər. Düyü plovu, lobya kimi qidalarda da təbii zülallar mevcuddur. Toplum içində "Body building" hərəkətləri etmənin zərərlərinin ən çox "idmanı buraxandan sonra yaranan əzələ sallanmaları" olduğu bilinir. Ancaq bu doğru deyil. Bəli, kimyəvi yollarla və xüsusilə zülal tozu alaraq edilən "Body building" proqramından sonra, əgər idman buraxılarsa bir müddət sonra əzələ kiçilməsi və daralmaları olacağı doğrudur. Lakin, zülal tozları ilə edilən "Body building"də əzələ sallanması baş verməz. Əslində heç bir protein tozu olmadan idman edilməsi ilə protein tozu alaraq idman edilməsi arasında zərər baxımından elə də fərq yoxdur.

Zülal tozlarının yeganə zərəri, təbii yumurta, toyuq, balıq kimi zülal qaynaqları varkən kimyəvi yollarla istehsal olunan və toz halında satılan zülal tozlarına yönələməkdir.

protein dərmanlarının zərərləri, Zülal tozlarının zərərləri nədir,

Yorumlar