Kompüteri necə sürətləndirmək olar?
Kompüterə müxtəlif oyun, proqram və s. faylları əlavə
edildikcə sürəti zəifləyir. Bu isə bizə çox pis təsir edir. Bunu aradan
qaldırmağın yolları vardır. Belə ki, bu yazımda “kompüteri necə sürətləndirmək
olar?” sualının cavabını izah edirəm.
1-ci yol:
Lazım olmayan, başlanğıcda avtomatik açılan
proqramları aradan qaldırmaq
Əslində kompüterdə bizə lazım olmayan bir çox
proqram var.
Bunları bağlamaq üçün windows 8 istifadə edənlər ctr+alt+delete
düymələrilə, windows 7 istifadə edənlər isə windows+R düymələrilə) idarəetmə
panelini açıb, başlanğıcda açılan proqramlardan bizə lazım olmayanları deaktiv
edirik. Lazım olmayan başlanğıcda işə düşən proqramları deaktiv etdikdən sonra
kompüteri yenidən başladırıq.
2-ci
yol:
Defrag,
Parçalanmış faylları birləşdirmək
Bu
problem əsasən yalnız mexanik-maqnetik disklərdə yaranır. SSD adlandırılan
disklkərdə defrag etməyə lüzum yoxdur. Defrag nədir? Hər gün kompüterə quraşdırıb-sildiyimiz
bütün fayllar kompüterin müəyyən yerlərinə səpələnir. Həmin o faylları istifadə
etmək istədikdə disk istədiyiniz o faylı açmaq üçün bir deyil bir neçə yerə sorğu
göndərdiyindən faylı sitifadə etmə müddəti artır və beləliklə kompüteriniz
zəifləmiş hesab olunur. Diski defrag etmək bu faylları bir-birinin yaxınlığına
atmaq deməkdir. Beləliklə disk daha az yerə hərəkət etdiyindən sürətdə artım
olacaqdır. Diski defrag etmək üçün yüzlərlə proqramlar var. Bu əməliyyat təmizləyici
Ccleaner proqramının tərkibində də var. Qabaqcadan bildirmək yerinə düşər ki,
bu əməliyyatı yerinə yetirmək üçün diskin istifadə edildiyi ölçü nəzərə
alındığından 1-2 saat arasında zamanınızı alacaqdır. Defrag əməliyyatını
edərəkən kompüteri istifadə etmək xoşagəlməz haldır.
3-cü
yol:
Təmizlik-keşi
daima təmiz saxlamaq
Ccleaner
kimi təmizlik edən, lazım olmayan registry qeydiyyatlarını silən proqramlardan
istifadə edin. Bu brauzerinizin sürətini artırmaqla bərabər, diskdəki lazım
olmayan faylları da silərək boş yer də açmış olur.
Problemi
kökdən həll etmək- kompüteri formatlamaq
Kompüteri
formatlamaq onu əvvəlki vəziyyətinə qaytarmaq deməkdir. Format etmək kompüteri əvvəlki vəziyyətinə qaytarmağın ən asan və
sürətli yoludur. İçindəki lazımlı faylları götürdükdən sonra format etmək ən
yaxşı yoldur.
RAM-ı
əlverişli istifadə etmək
RAM
müvəqqəti yaddaş olaraq kompüterdə o anda açıq olan proqramların istifadə
etdiyi məlumatları sürətli işləyir. Kompüterimizə 8 GB-lıq bir ədəd modul (RAM)
əvəzinə 2 ədəd 4GB-lıq modul yerləşdirsək RAM-lar daha sürətli işləyəcəklər.
Bu
mövzuda etdiyimiz səhvlər:
1)
İki antivirus proqramı istifadə etmək: Diskin sürətini ən çox
zəiflədən proqramlardan birincisi antivirusdur desək yanılmarıq. Buna görə də
iki və daha çox antivirus proqramı istifadə etmək diskin bütün gücünü alacaq və
hətta kompüter bu halda açılmaya bilər.
2)
Açmaq istədiyiniz fayla çok klik etmək. Bəzən kompüterə hər hansı bir
əmri verərkən bir az ləngiyir və bu zaman səbirsizləşib faylı daha tez açmaq
istəyirik, amma bu əksinə zərərdir və bu zaman həmin fayl daha gec açılacaqdır.
3)
“Desktop” və ya “рабочий стол”-na
həddindən çox fayl yerləşdirmək. Ekrana nə qədər çox fayl yığarsanız, bir o
qədər də çox RAM istifadə edilir. Bu yeni kompüterlərdə bir o qədər nəzərə
çarpmasa da, amma bir az köhnəlmiş kompüterlərdə özünü göstərir.
Beləliklə
bu yazımda sizlərə kompüteri necə sürətləndirmək olar? sualına cavabları
yazdım. Sizin də bu mövzuda bildiyiniz
varsa, rəy yaza bilərsiniz.
kompüteri necə sürətləndirmək olar, sürətli kompüter, kompyuteri surətləndirməyin yolları,
kompüteri necə sürətləndirmək olar, sürətli kompüter, kompyuteri surətləndirməyin yolları,
Yorumlar
Yorum Gönder