Adsense nədir və necə işləyir?
Adsense Google-un web sayt sahibləri üçün təqdim etdiyibir
reklamçılıq xidmətidir.
Hal-hazırda dünyada on minlərlə web sayt bu reklam
şirkətini seçmiş və içlərində olduqca yaxşı pul qazanan web saytlar vardır.
Adsense necə işləyir?
Qeydiyyatınız təsdiqləndikdən sonra ödəmə
alacağınız üsulu hesab parametrlərindən birini(çek və ya bank köçürməsilə) seçərək
müxtəlif ölçülərdə reklamlar düzəldib
müvafiq kodu saytınızda istədiyiniz yerə qoya bilərsiniz. Tez bir zamanda
saytınızda adsense reklamları görükməyə başlayacaqdır.
Adsense-dən pul qazanmaq
Saytınızda görüntülənn adsense reklamları
klikləndiyi zaman google sayt sahibinə müəyyən miqdarda pul verir. Misal üçün;
klik başına 1 dollar olan reklama klik edilən zaman Google bunun 70 faizini
yəni 70 sentini sizə verir. Bəli adsense ilə çox böyük miqdarda pul qazananlar
var. “Digital Point” kimi saytlar adsense-dən ayda təxminən 500 000 dollar(yarım
milyon dollar) pul qazanırlar.
Adsense-dən nə qədər pul qazana bilərəm?
İlk öncə onu deyim ki, adsense-də hiyləyə əl
atsanız bunu adsense tez başa düşəcək, yaxşısı budur ki, adsense ilə hiyləsiz
işləyin.
Ən əsası adsense dünyanın ən etibarlı reklam
şirkətlərindən biridir, hətta birincisidir. Düzdür adsense Azərbaycanda hələ
indi-indi populyarlaşmağa başlayır. Çünki əvvəllər adsense-də Azərbaycan
dilində reklam verən yox idi, indi isə Azərbyacan dilli adsense reklamlarına
tez-tez rast gəlinir. Yəni artıq adsense ilə Azərbaycanda da pul qazanmaq olar,
yetər ki, yaxşı trafiki olan saytınız olsun. Qaldı ki, adsense-dən nə qədər pul
qazanacağınıza onu da belə izah edim: Orta hesabla desəm gündəlik 100 unikal
ziyarətçiniz olarsa, ayda təxminən 60-70 dollar pul qazana bilərsiniz ki, bu da
hal-hazırda Azərbaycan manatı ilə 150 manata yaxın pul deməkdir.
Adsense nədir və necə işləyir, Adsense-dən nə qədər pul qazana bilərəm, Adsense-dən pul qazanmaq, Adsense necə işləyir,
Yorumlar
Yorum Gönder