Teamviewer nədir? Teamviewer proqramını necə istifadə edirlər?


Teamviewer nədir? Teamviewer proqramını necə istifadə edirlər?





Yəqin Teamviewer proqramı barədə bir çoxlarınız eşitmisiniz və ya onu haradasa görmüsünüz. Bilməyən dostlar üçün Teamviewer proqramını izah edirəm. 


Teamviewer nədir?

Teamviewer proqramı iki kompyuter arasında internet üzərindən əlaqə quraraq digər kompüteri idarə etmənizi təmin edir. Bu sayədə hər hansı bir şəxsin və ya evinizdəki açıq kompüterinizi istifadə edə bilərsiniz. Kompüteri istifadə edərkən bütün səlahiyyətlər sizdə olur və hər hansı bir məhdudiyyət yaşamırsınız.

Teamviewer proqramını necə istifadə edirlər?

Lakin proqramını istifadə etmək istəyirsinizsə hər iki tərəfin Teamviewer proqramını qurması lazımdır. Bu sayədə İstifadəçi Adı (ID-niz) və Şifrə məlumatlarını götürərək hər hansı bir düzəliş etmədən uzaqdakı kompüteri asanlıqla istifadə edə bilərsiniz.

Əgər proqramı qurduqda ID və Şifrə qismində nömrələr çıxmadısa deməli şəbəkə problemi var. Əlavə olaraq bilməyiniz lazım olan digər məqam isə ID həmişə sabit qalır, amma şifrəniz daim dəyişir. Bunun səbəbi təhlükəsizlik ilə bağlıdır. Əlaqənin qurulması üçün hər iki kompüterdə proqramların açıq olması vacibdir.

Teamviewer nədir, Teamviewer proqramını necə istifadə edirlər, Başqa Bir Kompüterə necə bağlanmaq olar,


Yorumlar