
Avropalı elm adamlarının CERN laboratoriyalarında qara dəlik təcrübəsindən sonra indi də ABŞ-lılar laboratoriyada süni günəş yaradacaq.
Dünyada
son illərdə baş verən enerji sıxıntısı, ölkələri və elm adamlarını yeni enerji
mənbələri tapmağa məcbur edib. Kaliforniyadakı Milli Alışdırma İnstitutundakı
(National Ignition Facility, NIF) mütəxəssislər təcrübədə 100 atom və fizika
mühəndisi, laboratoriya şəraitində kiçik bir günəş əldə etməyə çalışacaqlar.
100
milyon dərəcəlik temperatur
2 milyard
dollara başa gələn təcrübədə, 3 futbol sahəsi böyüklüyündəki qapalı sahədə tək
bir mənbədən çıxan lazer şüası 1.6
km boyunca, linzalar və güzgülərin olduğu bir tunelə əks
etdiriləcək. Şüa bu tuneldə yol alarkən, normal bir elektrikin istehsal
etdiyindən 10 milyard qat daha çox işıq istehsal edəcək. Bu şüa daha sonra 192
hissəyə bölünərək, içində neft olan alüminium örtülü bir kapsula çatacaq. Kapsul
partlayacaq və saniyənin milyardda biri qədər qısa müddətdə toplu iynə başı
qədər bir nöqtədə, 100 milyon dərəcə istilik yaranacaq.
Bina yox ola bilər!
Günəşdə
baş verən nüvə reaksiyaya oxşar reaksiya araşdıracaq Elm adamları bu
təcrübəylə, sərhədsiz bir enerji qaynağı istehsal etməyin yollarını arayacaq.
Ancaq bəzi elm adamlarına görə, bu enerji nə qədər kiçik bir sahədə aşkara
çıxacaq olsa da, ona nəzarət edilməsi şübhəlidir. Belə bir vəziyyətdə
institutda böyük bir partlayış və yanğın baş verə bilər.
Təcrübə
necə baş verəcək?
192
ayrıca lazer şüası kapsulun səthini isitməyə başlayacaq.
İçində
neft olan kapsulda, istiliklə birlikdə içəriyə doğru böyük bir təzyiq
yaranacaq.
Lazer hərarətilə kapsul 100 milyon selsi
dərəcə istiliyə çatacaq və partlayacaq.
Yorumlar
Yorum Gönder