Ən yaxşı videokameralar hansılardır?



Alacağınız videokameranın ən yaxşı keyfiyyətdə olması üçün bu yazını diqqətli oxuyun.



Ehtiyaclarınıza uyğun olmayan və ya çox funksiyalara malik olmayan bir videokamera alaraq aldanmağı istəməzsiniz. Bu səbəblə də, ən son çıxan, yeni videokamera modellərindən ən yaxşılarının hansı olduğunu bilmək lazımdır.

Mobil telefonların kameraları nə qədər yaxşı görüntü əldə etsə də, video çəkilişlərində yaxınlaşdırma (zoom) və yaddaş tutumu ilə bağlı xüsusiyyətlərinə görə, əl kameraları bu sahədə daha əlverişlidir.

Keyfiyyətli video çəkmək üçün əsas yaddaş və zoom xüsusiyyətlərinə baxmaq lazımdır:

1 - Toşiba Camileo S20: Toşibanın 17 mm-lik incəliyindəki Camileo S20 modeli, dünyanın ən incə HD kamerasıdır deyə bilərik. 3 düym böyüklüyündə fırlana bilən LCD ekranı olan kameranın 8 fərqli rəng versiyası var. 95 qram ağırlığındakı Camileo S20-nin - HD video yazıdan (AVİ formatında) əlavə 5 megapiksellik foto çəkiliş xüsusiyyəti də var. (JPEG formatında) 128 MB daxili yaddaşı SD/SDHC kart dəstəyi ilə 32 QB(Qiqabayt=10 üstü 9) qədər artırıla bilən cihazın, 4x rəqəmsal zoom-u var.

2 - Panasonic HX-DC10: HD (1920 x 1080 piksel) video çəkiliş xüsusiyyətinə malik olan Panasonic mobil kamerası, 161 qram ağırlığında və 8.6 x 12 x 3.8 sm ölçülərindədir. 16 MP şəkil çəkən kameraya, video çəkilişi üçün 12x zooma malikdir. 3 düym böyüklüyündəki LCD ekranı 285 dərəcəyədək dönə bilən cihazın iki kamerası var.

3 - Sony Bloggie MHS-FS3: HD-dən (1920 x 1080 piksel) əlavə olaraq 3 ölçülü (3d) video çəkmə xüsusiyyəti də olan Bloggie FS3, 4x rəqəmsal zoom-lu Exmor CMOS sensora da malikdir. 120 qram ağırlığında və 17.3 mm qalınlığında olan kameranın 8 QB yaddaşına 2 saatlıq HD video çəkmək mümkündür. 2.4 düym (6 sm) böyüklüyündəki LCD ekranı, eynəksiz olaraq 3d foto və videoları görüntüləmə imkanı verən cihaz, videoları MP4, fotoları JPEG formatında çəkir. HDMI çıxışı da olan kameranın, 3d çəkiliş üçün batareya ömrü 80 dəqiqədir.

4 - Samsung HMX-T10OP: Samsung-un 5 MP görünüş sensoruna malik olan T10 kamerası, 100x rəqəmsal zoom-a və 10x optik zoom-a malikdir. 2.7 düym böyüklüyündəki sensorlu LCD ekranı olan cihazın, SD/SDHC kart dəstəyi və HDMI çıxışı da var.

Yorumlar