Robotlar öz "uşaqlarını" istehsal edir

Robotlar öz "uşaqlarını" istehsal edir

 



Bir ana robotun heç bir insan müdaxiləsi olmadan, hər nəsildən bir əvvəlkindən daha inkişaf etmiş robotlar istehsal etdiyini xəyal edin. Elə robot texnologiyasında gəldiyimiz nöqtə də budur!

www.digitaltalks.org-a görə robot texnologiyasında cığır açan bir hadisə baş verir. Kembric Universitetindən tədqiqatçılar, Universal Robots UR5 adlı robot qolunu, hərəkət qabiliyyətinə malik yeni robotlar yaratması üçün proqramlaşdırdı. Üstəlik bu baş robot daha əvvəldən istehsal edilənlərin çıxışlarından əldə etdiyi göstəricilər sayəsində hər nəsildə daha inkişaf etmiş "uşaqlar" yaradır.
Tədqiqatçılar orijinal robotun ən yaxşı xüsusiyyətlərinni alaraq daha yaxşı robotlar istehsal etməsinin təkamül prosesinə bənzədiyini bildiriblər.

Baş robotun istehsal etdiyi uşaq robotlar, 6 santimetr boyunda və tək bir mühərrik ilə işləyən, 3 ölçülü printer ilə yaradılmış mavi qutucuq-lardır. Baş robot bu motorlu kubları bir-birinə bağlamaq üçün yapışqan istifadə edir. Körpə robotlar istehsal edildikdə, kompüterlər vasitəsilə hərəkətləri təhlil olunur. Tədqiqatlar nəticəsində əldə edilən faktlar baş robota geri göndərilir və baş robot bir sonrakı istehsalda bu məlumatlara görə bir və ya daha çox "gen" yəni xüsusiyyət dəyişikliyi edir. Bu sayədə hər bir istehsal nəticəsində daha effektiv və ağıllı uşaq robot kubları istehsal edilir.
Baş robotun körpə robotları istehsal etmə şəkli tədqiqatçılar tərəfindən insanların yaradılış prosesindəki genlərə bənzədilir. Yəni, baş robot hər bir uşaq robot üzərində öz izlərini qoyur. Bu izlər inkişaf və təkamül prosesinin bir hissəsidir.
Robotların istehsalında real dünyada iş görmələrinə maneə törədəcək halların aradan qaldırılmasını təmin edən qaydalar da var. Məsələn; Mühərriki olmayan layihələrin çox ağır olduğu və ya motorsuz robotların digər robotlarla toqquşduğu hallar ortaya çıxmışdır. Həmçinin körpə robotlar motorsuz olanda hərəkət etmir.


 

 
Bu inkişaflara təkcə texnoloji olaraq deyil, təkamül gözlü ilə də baxmaq lazımdır. Doktor Fumiya, bu nəsilin əslində bir qədər xətalı olduğunu, çünki normalda olanın əksinə körpə robotun bir gün baş robot olma şansının olmadığını dilə gətirdi. Tədqiqatçılar, baş robotun 10 generasiya (100 uşaq robot) istehsal etməsinə icazə verdi və 5 dəfə bu testi təkrar etdi. Nəticədə əldə edilən uşaq robot sayı 500-ə çatdı. Hər bir körpə robotun 1 saat müddətdə istehsal edilərsə, bütün layihənin 4 ildə tamamlanacağını bildirdilər.

Yaxşı, indi isə əsl suala gələk. Bu təkamül robotlar bəşəriyyətinin nə işinə yarayacaq?
Mövzu ilə bağlı Doktor Fumiya, günümüzdə istifadə edilən robotların heç də yaradıcı olmadığını və bütün gün zavodlarda eyni işi etdiklərini söylədi. Kembric tədqiqatçıları daha yaradıcı və adaptasiya qabiliyyəti olan robotlar istehsal edəcəklərini və bu sayədə robotların daha geniş sahələrdə istifadə ediləcəyini hesab edirlər. Doktor Fumiya, tikinti sektorunda robotların istifadə edilməsilə daha sürətli və ucuz mənzil istehsalının mümkün olacağını bildirib.
Bir robot tərəfindən hər dəfə daha ağıllı robotların istehsalı isə ağıllara istər-istəməz maneəsiz bir robot ordusunu gətirir. Doktor Fumiya bu halın mümkün olmadığını bildirir. "Hər yeni texnologiyanın müsbət və mənfiləri var. Bəlkə bu robotlar 50 il içərisində təhlükəli hal ala bilər, ancaq iş o nöqtəyə varmadan bir çarə tapacağımıza əminəm" dedi.

Yorumlar