Mübahisə etdiyi arvadına əl bombası atdı!






 Macarıstanda bir nəfər həyat yoldaşı ilə mübahisə edərkən ona əl bombası atdı. Bekes Megye Polis İdarəsinin internet səhifəsindən verilən məlumata görə, həmin şəhərdə qocalar evi işlədən cütlük arasında mübahisə çıxdı. Mübahisənin böyüdükdən sonra hadisə yerinə qadının vəkili və polis çağırılıb. 61 yaşlı şübhəli arvadının vəkili ilə görüşdüyü otağa əl bombası atdı.
 Əl bombasının partlaması nəticəsində ağır yaralanan qadın xəstəxanaya aparılıb.
 Polis tərəfindən nəzarətə alınan şübhəlinin sorğu-sualı davam edir.

Yorumlar