Facebook-dakı şəkillərimiz, mesajlarımız və digər paylaşdıqlarımız harada saxlanılır?





Facebookun Amerika Birləşmiş Ştatları xaricində yerləşən ilk məlumat bazası 2011-ci ildə açılıb və şam meşələrinin içindəki binasında bütün dünyadan olan istifadəçilərinin foto və mesajlarını burada gizlədir. Facebook Məlumat Bankı müdiri Niall Mcentegart binanın daxili quruluşundan belə bəhs etdi:


 



"Burada sizin də görəcəyiniz kimi olduqca sadə bir quruluş əsas olunub və heç bir lazımsız tikiliyə imkan verilməyib. Beləliklə, xaricdən alınan havanın dövranı rahatlıqla aparılarkən, texniki işçilər də bir çatışmamazlıq vəziyyətində asanca təmir və qulluq işlərini aparırlar. Hətta 25 min ilə 45 min istifadəçi burada Lulea-da tək bir texnik tərəfindən nəzarət edilir".

Facebook Lulea-nın məlumat bankı olduğunu açıqlayır ancaq bura bir bankın arxasında dünyanın ən təsirli kompüter şəbəkəsinin də qurulu olduğu yerdir. Qışları -20 dərəcə temperatura çatan regionda soyuq hava binanın içinə verilir və bu yolla təbii bir kondisioner sistemi yaradılır. Lulea təsadüfən seçilmiş bir sahə deyil. Bir əsr əvvəl tikintisi başlanılan hidroelektrik bənd və ətrafdakı dəmir, polad, kağız sənayesi regionu bənzərsiz edir. Dünya Təbiəti Mühafizə Fondu WWF eksperti Ştefan Henningsson isə Facebook məlumat bankına ötürülən enerjinin bərpa olunan mənbələrdən təmin edilməsini faydalı bilməklə bərabər əlavə edir:
 
"Bu tip informasiya mərkəzlərində unutmamalıyıq ki xarici dünya ilə ünsiyyətimiz artdıqca daha şüurlu cəmiyyətlər halına gəlirik.

Facebook-da hər gün 350 milyon fotoşəkil paylaşımı, 4.5 milyard bəyənmə və 10 milyard mesaj dövriyyəsi olur. Bütün bunların hamısı indi Lulea-da saxlanır.

Yorumlar