Fırçadan Necə
İstifadə Etməliyik?
Dişimizi qorumağın ən əsas yolu mütəmadi olaraq təmizləməkdir. Diş
təmizləmənin ilk addımı düzgün fırça seçimidir. Ən uyğun fırça neylon və orta
sərtlikdə fırçalardır. Ağız içində asan hərəkət etdirilməsi və arxa dişlərə
rahat çata bilməsi üçün fırçanın baş tərəfinin çox böyük olmaması lazımdır.
Uyğun fırça seçildikdən sonra dişlər ən azı gündə iki dəfə ardıcıl olaraq
fırçalanır. Diş məcunun ağıza verdiyi xoşa gələn qoxu və hiss səbəbi ilə diş
fırçalanmasını asanlaşdırır. Diş parıldatma tozları diş həkimi məsləhət
görmədikcə istifadə edilməməlidir.Daha çox istifadə etmək diş sağlamlığı üçün
zərərlidir.
Diş fırçalanmasında fırçanın duruşu xaricindəki hərəkət eynidir:
Fırça diş əti çizgisinə meyilli olaraq yerləşdirilir. Bu vəziyyət pozulmadan
kiçik dairəvi hərəkətlərlə dişlər fırçalanır. Daha sonra fırça, bir fırça boyu
qədər dəyişdirilərək təmizləmə davam etdirilir.
-Diş fırçası 45 dərəcədə saxlanılır və diş əti səviyyəsindən başlayaraq ağız boşluğuna doğru təmizlənilir. Xarici səthlərdən
başlayan təmizləmə sərt zərbələr halında deyil, yumşaq və dairələr çəkəcək
şəkildə, ön dişlərdən arxa dişlərə doğru aparılmalıdır.
-Daha sonra dişlərin daxili səthləri eyni şəkildə fırçalanır. Bu
prosesdə fırça əyri tutularaq, diş ətindən ağız boşluğuna doğru hərəkət
etdirilir.
-Daha sonra dişlərin çeynəmə səthləri fırça düz olaraq irəli geri
hərəkət etdirilərək fırçalanır.
Təmizləmə əməliyyatının ən azı 2-3 dəqiqə davam etməsi lazımdır.
Sağlam diş ətləri təmizləmə zamanı qanamamalıdır.
Diş fırçası şəxsi bir vasitədir, başqaları ilə orta istifadə
edilməz. Diş fırçaları bir neçə ayda bir, ən gec altı ay ərzində
dəyişdirilməlidir. Lazım olanda ara səthlərin fəal olaraq fırçalanmasını təmin
etmək üçün ara səth fırçaları istifadə edilir. Bununla bağlı daha geniş məlumat
almaq üçün diş həkiminə müraciət etmək lazımdır.
Diş İpindən İstifadə
Diş ipi diş arasında qalan yemək artıqlarının çıxarılması üçün çox
yararlı bir vasitədir. Çox kiçik yaşlarından başlayaraq uyğun diş təmizləməsini
və diş ipindən istifadə etmə üsullarının öyrənilməsi lazımdır.
Dişlər fırçalandıqdan sonra diş və diş əti çizgisi ilə dişlər
arasında qalan yemək artıqlarının təmizlənməsi üçün diş ipindən istifadə
edilir. Bu artıqlar ən mühüm çürük səbəblərindəndir.
-Otuz santimetrə qədər diş
ipi çıxarılır. Diş ipinin bir hissəsi bir əlin orta barmağına digər ucu da
digər əlin orta barmağına dolanır. İpin bir hissəsi ortada olmalıdır.
-Ortada qalan ip hissəsi işarə barmağı ilə geriyə doğru çəkilir. İp
dişlər arasından keçirilir. Bu hərəkət zamanı sərt davranılmamalıdır. İp diş
ətinə qədər endirildikdən sonra ağız boşluğuna doğru diş aralarını sıyıracaq
şəkildə endirilir. Bu zaman diş ətinin kəsilməməsinə qayğı göstərilməlidir.
-Eyni şəkildə digər bir parça ip alınaraq alt dişlər üçün də təkrarlanır.
Mənbə: http://doctorfuad.com
Yorumlar
Yorum Gönder