Tam sərbəst iş qrafiki ilə 100-lərlə iş






Əgər hər hansı bir dili bilirsinizsə-tərcüməçi, hər hansısa qrafik-dizayn proqramını bilirsinizsə və ya web sayt yaratmaq, onu optimallaşdırmaq bacarığınız varsa, ya da ki, yazçılıq qabiliyyətiniz var onu dəyərləndirmək istəyirsinizsə onda bu iş tam sizə görədir.

İqtisadi durğunluq hər keçən gün daha çox firmaya təsir etdiyindən bu firmalarda tam iş qrafiki əvəzinə "freelance"-yəni "sərbəst" olaraq işləmək istəyən adamları axtarırlar. Müstəqil işləyənlərlə əməkdaşlıq etmək daha məntiqlidir, çünki firmalar ehtiyac duyduqları işə pul ödəyirlər. Həmçinin sosial yardımlara və fiziki bir ofisə ehtiyac duyulmadığından ümumi xərclərini də azaldırlar. Günümüz iqtisadiyyatında on firmadan doqquzu öhdəliklə iş aparır. Qrafik-dizayn, axtarış sistemlərində optimallaşdırma, veb dizayn, yazıçı, tərcüməçi kimi yaxşı tələb olunan bacarığınız varsa bu işlərlə yaxşı pullar qazana bilərsiniz.

"Freelance" kimi işlərə ödənilən saatlıq əmək haqları maaşlı işlərdən daha əlverişli və gəlirlidir. Başlamaq üçün işləyəcəyiniz iş növünə uyğun online bazarları araşdırın. Tərcümeyi-halınızı göndərə və iş elanları axtara biləcəyiniz bir çox internet saytı var. Bəzi internet saytları işəgötürənlə aranızda əlaqə qurmaq müqabilində komissiya alır.

Həmin "freelance" saytlarından 10 ən yaxşısını seçib sizlər üçün yerləşdiririk:

1. http://www.toptal.com 
2. https://www.upwork.com
3. https://www.freelancer.com 
4. http://www.guru.com
5. http://99designs.com
6. http://www.craigslist.org
7. http://www.peopleperhour.com
8. https://www.staff.com
9. https://www.linkedin.com
10. http://create.demandstudios.com 

Yorumlar